“Loğman” ahıllar üçün istirahət turu təşkil edib

0
40

“Loğman” Qaçqınlara Dayaq Mərkəzi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində bir qrup ahıl şəxsin ötən gün Şamaxı rayonuna səfəri təşkil olunubBu barədə İctimai Birlikdən məlumat verilib. Məlumatda qeyd olunur ki, “Loğman” Qaçqınlara Dayaq Mərkəzi İctimai Birliyi tərəfindən icra olunan “Ahıllarla asudə vaxtın təşkili” adlı layihə çərçivəsində ahıl şəxslər və onların yaxınları may, iyun və iyul ayıları ərzində İsmayıllı və Şamaxı rayonlarının tarixi və gəzməli yerlərinə aparılıb.

Lahiyə barədə məlumat verən “Loğman” Qaçqınlara Dayaq Mərkəzi İctimai Birliyinin sədri Tahirə Nağıyevə bildirib ki, qocalarımızın da ahıl dövründə övladlarının, yaxınlarının qayğısına, diqqətinə ehtiyacı var: “Lakin çox təəssüflər olsun ki, bəzi qocalar bu qayğı və diqqətdən məhrumdur. Bəzi insanlar onları böyüdüb, boya-başa çatdıran insanlara qarşı çox da xoş olmayan addımlar atırlar. Valideynlərini bəzən imkansızlıq üzündən qocalar evinə yerləşdirən övladlardan başqa, onları sırf ailə münasibətlərinə görə də bu evlərə qoyanlar var. Qocalar isə gözü yolda, qulağı səsdə, övladlarının yolunu gözləyir, nəvələrindən bir səs gəlməsini istəyir. Mütəmadi olaraq dövlət orqanları tərəfindən qocaların sosial rifah halının yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi üçün addımlar atılır. Bayramlarda, xüsusi günlərdə qocalarla görüşlər keçirilir, onların problem və şikayətləri dinlənilir. Biz də bir QHT olaraq bu işə öz töhfəmizi vermək istəyirik”.