“Xoşagəlməz halların qarşısını almaq məqsədilə belə bir xidmət təşkil olunub”

0
314

Aran bölgəsində günəşin isti şüalarından qurtulmaq üçün camaat daha çox Mingeçevirdəki çimərliklərə üz tutur. Suya girib sərinləmək istəyənlər isə əraziyə daxil olmazdan öncə hər avtomobil üçün 0,50 qəpik ödəniş edirlər. Şəhər sakinləri bizə müraciət edərək çimərlikdə avtomobillərin parkı üçün pullu xidmət olduğunu bildiriblər. Bu sakilnlər arasında yaxşı qarşılanmayıb. Məsələni araşdırmaq üçün Mingəçevir çimərliyində olduq.

 

Şahidi olduq ki, istirahət günləri Mingəçevir ərazisindəki çimərliklərə gələnlərin sayı xeyli artır. Bura gələnlərdən bəzilərinin ödəniş etmək istəmədiklərinin şahidi olduq. Amma avtomobilləri üçün ödəniş etmək istəyənlərə də rast gəldik, istəməyənlərə də.

 

Şəhər sakinləri  bildirdi ki, bu çimərlik özəl deyil, elə isə niyə burada bəzi xidmətlər pullu olmalıdır? Bu kimi sualları cavablandıran Mingəçevir Mənzil Komunal Təssərrüfat İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev bildirdi ki,  hər avtomobil üçün yığılan 0.50 qəpik ərazidə təmizlik işlərinin aparılmasına, eləcə də avtomobillərin  mühafizəçilələrinə sərf edilir: “Ötən il bu cür xidmət olmadığından avtomobillərdə oğurluq olurdu. Odur ki, bu kimi halların qarşısını almaq məqsədilə belə bir xidmət təşkil olunub”.

Mingəçevir ərazisində fəaliyyət göstərən çimərliklərdə FHN-nin xüsusi xilasedici qrupları da fəaliyyət göstərir.

Esmira Hidayətova, Mingəçevir