Bürünc medalın sahibi hansı komanda olacaq?

0
17

Rusiyada keçirilən dünya çempionatı yekunlaşmaq üzrədi. Bu gün ilk mükafatçı bilinəcək.

Belə ki, Belçika ilə İngiltərə bürünc medal uğrunda mübarizədə üz-üzə gələcək. Heyəti ulduz futbolçulardan təşkil olunmasına baxmayaraq, yarımfinalda Fransa səddinə ilişən Belçika 3-cülüklə təsəlli tapmaq arzusundadı.

Gənc oyunçulardan qurulan ingilislərin isə final yolunu Xorvatiya kəsmişdi. Qaret Sautqeytin komandası bürünc mükafatı növbəti böyük turnir üçün stimul olaraq görür.

Məlumat üçün bildirək ki, Belçika yığması 1/8 finalda Yaponiya, 1/4 finalda isə beşqat dünya çempionu Braziliyanı mübarizədən kənarlaşdırıb. Yarımfinalda  isə Fransaya uduzub.

İnglitərə isə 1/8 finalda Kolumbiya, 1/4 finalda İsveçdən güclü olub. Britaniyalılar finala gedən yolda Xorvatiya ilə bacarmayıb.

 

Dünya çempionatı

3-cü yer uğrunda oyun

 

14 iyul

18:00. Belçika – İngiltərə

Baş hakim: Alireza Faqani (İran)

Sankt-Peterburq. Şəhər stadionu