“www.mollanasreddin.az” portalı təqdim olunub

0
20

www.mollanasreddin.az” portalının – “virtual abidə”nin yaradılması bütün dünya azərbaycanlıları üçün bir töhfədir.

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun və SOCAR AQŞ-nin təşkilatçılığı ilə keçirilən “Molla Nəsrəddin lətifələri” kitabının və www.mollanasreddin.az portalının təqdimat mərasimində AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev deyib.

R.Əliquliyev minilliklər ərzində formalaşaraq meydana gəlmiş bu xalq müdrikliyi nümunələrinin toplanaraq intellektual daşıyıcılar vasitəsilə semantika və məzmun nəzərə alınmaqla modelləşdirildiyini diqqətə çatdırıb. İndiyədək Molla Nəsrəddinlə bağlı məlumatların sistemsiz şəkildə mövcud olduğunu deyən alim AMEA və SOCAR-ın milli ideologiya və milli mənəvi dəyərlərə sahib çıxaraq kitabın və veb-portalın ərsəyə gəlməsinə böyük dəstək verdiklərini qeyd edib.

Akademik “www.mollanasreddin.az” portalının Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın Azərbaycanın milli mənəvi dəyərlərinin virtual məkanda əks olunması hədəflərinə uyğun olaraq hazırlandığını bildirib.azərtac