“Dövlətə, dövlətçiliyə qarşı belə hərəkətlər yolverilməzdir”

0
26

Dünən 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərərkən polis əməkdaşları onların qarşısını almağa çalışıblar. Amma xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Nəticədə Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini,  polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Bu acı olaydan sarsıldığını bildərən Azərbaycan Milli Konservatoriyasının müəllimi, xanəndə, Əməkdar müəllim Qəzənfər Abbasov belə bir hadisəni törədənləri lənətlədiyini deyib. Qeyd edib ki, belə bir olayda iki polis zabitinin qətlə yetirilməsi böyük faciədir: “Bu, həm də ölkəmizin sabitliyinə, əmin-amanlığına vurulan zərbədir. Görünür, hələ də aramızda dövlətçiliyimizi sarsıtmağa çalışan  qüvvələr var. Dövlətə, dövlətçiliyə qarşı belə hərəkətlər yolverilməzdir. Dövlətimizi qoruyaq və imkan verməyək ki, belə qüvvələr ölkəmizi məhvə sürükləsinlər. Şübhəsiz, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində belələri ən ağır cəzaya layiq görüləcəklər”.

 Qvami Məhəbbətoğlu,

“İki sahil