Gəncədə törədilən cinayət terror aktıdır

0
132

“Bu məlumatdan çox üzüldüm. Qanunsuz hərəkətlərin qarşısını alarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabitinin vəhşicəsinə qətlə yetirilməsi insanlığa sığmayan bir hərəkətdir.  Polislərimizə qarşı törədilən bu cinayət hər bir azərbaycanlı üçün üz qarasıdır. Şəhid polislərimizı Uca Allahdan rəhmət, ailələriniə və kollektivlərinə səbr diləyirəm”.

Bu sözləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Kazım Abdullayev dünən radikal dini yönümlü bir qrup şəxsin Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydanda iki polis zabitinin öldürməsinə münasibət bildirərkən deyib. O həmçinin bildirib ki, Gəncə şəhərində törədilən cinayət birbaşa terror aktıdır. Bunu təşkil edənlər isə ölkəmizə ictimai-siyasi sabitliyi pozmaq, qarşıdurma yaratmaq istəyən antiazərbaycan qüvvələrdir: “Əminəm ki, bu kimi hərəkətləri ilə erməni dəyirmanına su tökənlər layiqli cəzalarını alacaqlar. Bunun arxasında duran xarici və ya daxili dairələr də ifşa olunacaqlar”.

Qvami Məhəbbətoğlu,

“İki sahil”