“Qarabağ” “Olimpiya”nı sınağa çəkəcək

0

Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümünə start veriləcək. Son 5 mövsümün çempionu “Qarabağ” mübarizəyə qoşulacaq. Çempionlar Liqasında çıxış edəcək təmsilçimiz I təsnifat mərhələsinin ilk oyununa çıxacaq. Ağdam klubu Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşmada qüvvəsini sınayacaq.

Ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparacaq Qurban Qurbanovun yetirmələri ilk oyunu səfərdə keçirəcək. Lyublyananın “Stojitse” stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də keçiriləcək.

 

Çempionlar Liqası

I təsnifat mərhələsi

go İlk oyunlar

follow site 11 iyul

22:00. “Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan)

source url Baş hakim: Lourense Visser

Baş hakimin köməkçiləri: Karel de Roker, Co de Veyrdt

Dördüncü hakim: Bram van Drieşe (hamısı Belçika)
index of archive nudes Hakim-inspektor: Paulius Maljinskas (Litva)

Lyublyana. “Stojitse” stadionu

 

Qeyd edək ki, dünən Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib və ilk oyun günündə 8 qarşılaşma baş tutub.

Keçirilən görüşlər qonaqların üstünlüyü ilə başa çatıb. Belə ki, 8 matçdan yalnız ikisində meydan sahibləri qələbə qazanıb. Qonaqlar isə 5 qarşılaşmada qalib gəlib. Bir oyunda qalib müəyyənləşməyib. Ən inamlı qələbəni 5 cavabsız qola sevinən “Şkendiya” əldə edib. TNS-la oyunda İbraimi poker müəllifi olub.

go site Çempionlar Liqası

I təsnifat mərhələsi

10 iyul

 

“Flora” (Tallin, Estoniya) – “Hapoel” (Beer-Şeva, İsrail) – 1:4

Qollar: Sappinen, 73 (pen.) – Sahar, 18, Tzedak, 35 (pen.), Maman, 52, Ezra, 85

 

“Torpedo” (Kutaisi, Gürcüstan) – “Şerif” (Moldova) – 2:1

Qollar: Kimadze, 24, Kuxianidze, 64 – Badibanqa, 14

 

“Alaşkert” (Ermənistan) – “Seltik” (Şotlandiya)  – 0:3

Qollar: Eduard, 45, Forest, 81, Makqreqor, 90

 

“Düdelanj” (Lüksemburq) – “Videoton” (Macarıstan) – 1:1

Qollar: Melis, 58 – Huzti, 4

 

“Vikinqur” (Farer Adaları) – HİK (Helsinki, Finlandiya) – 1:2

Qollar: Vatmhamar, 51 – Dalstryom, 9, Qreqerson, 26 (avtoqol)

 

“Şkendiya” (Makedoniya) – TNS (Uels) – 5:0

Qollar: Emini, 14, İbraimi, 38, 53, 60, 66

 

“Kork Siti” (İrlandiya) – “Legiya” (Varşava, Polşa) – 0:1

Qol: Kuxarçik, 79

 

“Drita” (Kosovo) – “Malmö” (İsveç) – 0:3

Qollar: Strandberq, 13, Traustason, 39. Rpsenberq, 82