DÇ-2018: İlk finalçı kim olacaq?

0
272

Bu gün DÇ-2018-də ilk finalçı bəlli olacaq. İlk yarımfinal matçında Fransa və Belçika yığmaları üz-üzə gələcəklər. Mübarizəyə C qrupunda start verən Fransa 1/8 finalda Argentina, ardınca isə Uruqvayı məğlub edib. Belçika isə Yaponiya və 5 qat dünya çempionu Braziliyanı üstələyərək mübarizədən kənarlaşdırıb.

Mundialdan əvvəl favoritlər sırasında göstərilən hər iki komandanın qarşılaşması maraqlı mübarizə vəd edir.

DÇ-2018

1/2 final

22:00 Fransa – Belçika

Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay) Sezar Ramos (Meksika)

Sankt Peterburq, “Sankt-Peterburq” stadionu