Rusiya İspaniya səddini aşa biləcəkmi?

0
275

Rusiyada keçirilən dünya çempionatı davam edir. Bu gün 1/8 final mərhələsinin daha 2 görüşü baş tutacaq.

 

İlk olaraq meydana meydan sahibi Rusiya yığması çıxacaq. Şimal qonşularımız turnirin favoritlərindən olan İspaniya ilə üz-üzə gələcək. Qrup səddini çətinliklə aşan və 3 matçda qapısından 5 qol buraxan ispanların işi heç də asan olmayacaq. Ruslar doğma meydan və azarkeş amilindən yararlanıb sensasiya etməyə çalışacaq.

Günün ikinci qarşılaşması Xorvatiya ilə Danimarka arasında oynanılacaq. Öz qrupunu maksimum nəticə ilə tamamlayan xorvatlar bir anda favoritlər arasında göstərilməyə başlayıb. Danimarka isə etibarlı müdafiə xətti sayəsində yoluna davam etmək əzmindədi.

 

Dünya çempionatı

1/8 final mərhələsi

1 iyul

 

18:00. İspaniya – Rusiya

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Moskva. “Lujniki” stadionu

 

22:00. Xorvatiya – Danimarka

Baş hakim: Nestor Pitana (Argentina)

Nijni Novqorod. Mərkəzi stadion