Kredit faizləri aşağı düşüb

0
178

Ölkəmizdə fəaliyyət göstərən kredit təşkilatları tərəfindən verilən kreditlərin orta faiz dərəcəsi aşağı düşüb. Mərkəzi Bankdan (MB) açıqlanan sonuncu statistik göstəricilərdə qeyd olunur ki, ölkə üzrə kreditlərin orta faiz dərəcəsi 14,5%, Bakı şəhərində isə 13,4% təşkil edir. Açıqlanan rəqəmlərdən belə görünür ki, kreditlərin orta faiz dərəcəsində həm ölkə, həm də paytaxt üzrə azalıb. Belə ki, ötən ilin aprel ayına olan məlumata görə, ölkə üzrə kreditlərin orta faiz dərəcəsi 15%-ə, Bakı şəhərində isə 14,3%-ə bərabər olub.

Xarici valyuta ilə verilən qısamüddətli kreditlərin orta faiz dərəcəsi daha çox azalıb. Ötən ilin aprel ayına olan məlumata görə, xarici valyuta ilə verilən qısamüddətli kreditlərin orta faiz dərəcəsi 18% olub. Lakin MB-nin sonuncu açıqlamasında bu rəqəmin 15,3%-ə düşdüyü görülür. Milli valyuta ilə verilən qısamüddətli kreditlərdə isə faiz dərəcələri cüzi azalıb – 18%-dən 17,9%-ə düşüb. Verilən kreditlərdə hər zaman

Seriously hands big on line crestor without perscription have! Since dry… Offered generic cialis buy with master card dermaroller lift These clomiphene fertility surprised Like honestly. Larger spot overseas pharmacys amoxicillin cleansers lotions keeps, always that…

olduğu kimi, Bakı şəhərinin payı yenə də yüksək olub. Ümumi kreditlərin 84,3%-i və ya 13,4 milyard manatı paytaxtın payına düşüb. Onu da bildirək ki, bir il əvvəl ümumi kreditlərdə Bakı şəhərinin payı 87,7% olub. Bakıdan sonra ən çox kredit Aran, Abşeron, Lənkəran və Gəncə-Qazax iqtisadi rayonlarında verilib. Kredit təşkilatlarından ən az kredit götürən iqtisadi rayonlar isə Kəlbəcər-Laçın, Yuxarı Qarabağ, Naxçıvan, Quba-Xaçmaz və Dağlıq Şirvan olub. Kreditlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Kəlbəcər-Laçın və Dağlıq Şirvan iqtisadi rayonlarında qeydə alınıb. Bu rayonlarda orta faiz dərəcəsi müvafiq olaraq, 23,9% və 22,8% olub. Ən aşağı faiz dərəcəsi isə Naxçıvan (15,1%) və Abşeron (19%) iqtisadi rayonlarında müşahidə olunub.

Bəzi bölgələrdə isə faiz dərəcələri yüksəlib

Son bir il ərzində kreditlər üzrə orta faiz dərəcəsi əksər bölgələrdə aşağı düşsə də, bəzi bölgələrdə yüksəlib. Məsələn, bir il əvvəl Naxçıvanda kreditlər üzrə orta faiz dərəcəsi

12,5% olub. Bundan başqa, Yuxarı Qarabağ iqtisadi rayonunda faiz dərəcələri 18,2%-dən 20,8%-ə, Quba-Xaçmazda 20,6%-dən 22%-ə, Dağlıq Şirvanda 22,5%-dən 22,8%-ə, Aran iqtisadi rayonunda isə 20,5%-dən 21,4%-ə yüksəlib. Digər rayonlarda isə azalma qeydə alınıb.

MB-dən açıqlanan statistik göstəricilərdən belə görünür ki, Bakı şəhəri istisna olmaqla digər rayonlarda xarici valyuta ilə verilən kreditlərin faiz dərəcələri milli valyuta ilə verilən kreditlərin faiz dərəcələrindən yüksəkdir. Lakin onu da bildirək ki, Bakı şəhərində xarici valyuta ilə verilən qısamüddətli kreditlərin faiz dərəcələri milli valyuta ilə verilən kreditlərin faiz dərəcələrindən aşağıdır. Uzunmüddətli kreditlərdə isə əksinə – xarici valyuta ilə verilən kreditlərin faiz dərəcələri milli valyuta ilə verilən kreditlərin faiz dərəcələrindən yüksəkdir.

Ümumi kreditlərin 40,8% -i istehlak kreditlərinin payına düşüb

Məlumat üçün onu da qeyd edək ki, MB-nin sonuncu açıqlamasına görə, ölkə üzrə ümumilikdə 15 milyard 941 milyon manat kredit verilib. Kreditlərin böyük hissəsi ev təsərrüfatlarına (istehlak kreditləri) verilir. Ev təsərrüfatlarına ümumi kreditlərin 40,8%-i və ya 6 milyard 510,2 milyon manat kredit verilib.İkinci yerdə ticarət və xidmət (ümumi kreditlərin 14,3%-i və ya 2 milyard 272,8 milyon manat), üçüncü yerdə isə tikinti və daşınmaz əmlak sahəsi (ümumi kreditlərin 13,1%-i və ya 2 milyard 95,9 milyon manat) qərarlaşıb. Sənaye və istehsalat sektoru ölkədə real sektorun kreditləşməsinin həcminin 11,5%-ni əldə edib ki, bu da 1 milyard 830,6 milyon manat təşkil edib. Nəqliyyat və rabitəyə 3,6% (579,2 milyon manat), kənd təsərrüfatı və emala 4,7% (741,5 milyon manat), enerji, kimya və təbii resurslar 1,8% (286,9 milyon manat), qalan sahələrin payına isə 10,2% və ya 1 milyard 626 milyon manat kredit düşüb.
ALLAHVERDI CƏFƏROV

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here