Erməni əsgərlər bir-birini öldürürlər

0
190

Ermənistan Ordusunda əsgər ölümləri barədə bu ölkənin mətbuatında tez-tez sensasion yazılar dərc olunmasına baxmayaraq, vəziyyət düzəlmək bilmir. Odur ki, bu ölkədə ata-analar övladlarını hərbi xidmətdən yayındırmaq üçün müxtəlif yollara əl atırlar.

İşğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrdə baş verən əsgər ölümlərinə etiraz olaraq hətta bir müddət əvvəl İrəvanda etiraz aksiyaları da keçirilmişdi.

Etirazlardan sonra əsgər ölümləri bir qədər səngisə də, eyni hal sonradan yenidən davam etdi.

“Yeniavaz” saytı son bir neçə ayda Qarabağda hərbiçi yoldaşları tərəfindən öldürülən, yaxud digər səbəblərdən həyatını itirən erməni əsgərlərin siyahısını təqdim edir.

Bir müddət əvvəl Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birində 1998-ci il təvəllüdlü Alek Nveri Karapetyan ölüb. Hadisənin fövqəladə hal nəticəsində baş verdiyi bildirilsə də, detalları açıqlanmayıb.

İşğal altında olan Azərbaycan ərazilərindəki hərbi hissələrdən birində xidmət edən əsgər Ovsep Qriqoryan (1998-cı il təvəllüdlü) silahla ehtiyatsız davranma nəticəsində aldığı güllə yarasından ölüb.

İşğal edilmiş Dağlıq Qarabağda qoşunların təmas xəttində erməni hərbi qulluqçusu ölüb. Hadisə təlim zamanı baş verib. ZİL 131 markalı yük maşını Mataqis-Martakert yolunda dərəyə aşıb. Hadisə nəticəsində sürücü Edqar Yeremyan xəstəxanaya aprılarkən ölüb.

Mayın 20-də Ermənistan ordusunun əsgəri işğal altındakı Qarabağda naməlum şəraitdə ölüb. Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi hissələrdən birində 1999-cu il təvəllüdlü hərbi qulluqçu Hamlet Qriqroyan Narayr oğlu ölümcül yara alıb. Əsgərin intiharı barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Cəbhə bölgəsində erməni təxribatının qarşısı alınarkən 1998-ci il təvəllüdlü erməni əsgər Qriqor Eqoyan öldürülüb.

Erməni hərbi qulluqçu Suren Ayvazyan (1992-ci il təvəllüdlü) yol qəzasında ölüb. Erməni əsgər şimal istiqamətində yerləşən hərbi hissələrinin birində xidmət edib.

Qarabağda qondarma qurumun hərbi birləşmələrindən birinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü Mher Vaniki Ziroyan ölüb.

Ermənistanın daha bir əsgəri mina partlayışı nəticəsində ölüb. Ölən əsgər 1998-ci il təvəllüdlü hərbi qulluqçu Ruslan Manukyandır. Onun ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində öldüyü bildirilir.

Cəbhədə atışma zamanı erməni əsgər, 1998-ci il təvəllüdlü Qriqor Eqoyan ölüb.

Dağlıq Qarabağ bölgəsində naməlum şəraitdə ölən əsgərlərdən biri də 1998-ci il təvəllüdlü Artyun Xaçataryandır. Onun naməlum şəraitdə ölmüş vəziyyətdə meyiti tapılıb.

Ermənistan işğalında olan Xankəndi şəhərində, hərbi hospitalda erməni hərbi qulluqçu ölüb. İlkin ehtimala görə, Ayk Akopyan adlı hərbi qulluqçu kəskin meninqokoksemiyadan dünyasını dəyişib.

Ermənistanın hərbi hissələrindən birində hərbi qulluqçu Stepan Stepanyan ölüb. Əsgər məzuniyyətdə imiş, hərbi hissəyə qayıdıb, elə həmin gün vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, orada keçinib.

Ermənistanda xəstəxanaya yerləşdirilən 19 yaşlı əsgər ölüb. Ölən erməni əsgər 19 yaşlı Hrazdan şəhər sakini Parqev Saribekyandır. Saribekyan idarə etdiyi “Mercedes” markalı 34 MV 682 nömrəli avtomobillə ağaca çırpılıb.

Azərbaycanın işğal olunmuş ərazisindəki hərbi hissələrdən birində erməni əsgər, 1999-cu il təvəllüdlü hərbi qulluqçu Norayr Qriqoryan naməlum şəraitdə güllələnib. Hadisənin başvermə şəraitini müəyyənləşdirmək məqsədilə istintaq aparılır.

Dağlıq Qarabağda yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1999-cu il təvəllüdlü Edqar Yeremyan ölüb.

Sadaladığımız bu əsgər ölümləri son bir neçə ayda baş verənlərdir. Bu hadisələrlə bağlı cinayət işi açılıb, araşdırmalar aparılsa da, köklü tədbirlər görülmədiyindən Ermənistan ordusunda əsgər ölümlərinin bundan sonra da təkrarlanacağı şübhə doğurmur.