“Pasiyentin məsləti ilə oturub-durmaq əsla yolverilməzdir”

0
511

Həcəmət xalq təbabətində qan almaqdan ibarət müalicə üsuludur. Ondan keçmişdə, əsas müalicə metodlarından biri kimi çox geniş istifadə olunub. Hətta həcəmət Peyğəmbərimiz tərəfindən ən çox bəyənilən müalicə növü olub. Qanalma nəticəsində orqanizmdə yenilənmə və cavanlaşma prosesləri başlayır, insanın immun sistemi xeyli fəallaşır. Qanalmanın köməyi ilə hətta çox yüksək təzyiqi aşağı salmaq mümkündür.

Amma unutmayaq ki, həcəmət tibbi prosedurdur. Bu səbəbdən qanalma yalnız həkim tərəfindən təyin olunmalı və həyata keçirməlidir. Əks halda, sağlamlığınızda müəyyən fəsadlar yarana bilər.

 

Bütün bunlar barədə bizə məlumat verən Mingəçevir Kür Olimpiya İdman Kompleksinin masajçı-fizioterapevti, həm də həcəmət və zəli ilə müalicə aparan Fəxri Həsənov daha sonra dedi ki,  son vaxtlar həcəmət ən geniş yayılan müalicə metodlarından birinə çevrilib: ”Bu prosesdə incəliklər çoxdur. Belə ki, həcəmət qoyulan zaman  gigiyenik qaydalara riayət olunmalıdır. Amma elələri var ki, həcəmət üçün israr edirlər. Halbuki  dəri zöhrəvi xəstəliklərdən, qan çatışmazlığından, ürəkdə yararnmış problermlərdən əziyyət çəkənlər, həmçinin hamilə qadınlar, çox yaşlı insanlar bundan istifadə etməməlidirlər. Onu da deyim ki, bu proses xəstəni incitmədən, bədəndə iz qoymadan aparılmalıdır. Bu prosesdə çərtmə ən vacib şərtlərdən biridir. Həcəmətın öz nöqtələri var ki, elə işi də həmin nöqtələr üzərində qurmaq lazımdır. Əgər nöqtə səhv seçilərsə, insan müəyyən fəsadlarla üzləşə bilər. Həcəmət profilaktik məqsəd ilə ildə 2 dəfə (yazda və payızda) tətbiq olunur”.

Bəs həcəmət zamanı bədəndən nə qədər qan xaric edilməlidir? Həmsöhbətimiz bildirdi ki, norma maksimum 250 qram olmalıdır: “Amma elə adam var, deyir, elə çərt ki yaxşı qan çıxsın. Bu prosesdə pasiyentin məsləti ilə oturub-durmaq əsla yolverilməzdir”.

Esmira Hidayətova, Mingəçevir