Misir qrupdan çıxma şansını itirdi

0
19

Rusiyadakı dünya çempionatında dünən daha 3 görüş keçirilib. Apasport.az saytının məlumatına görə, bununla həm qrup mərhələsində ilk tura yekun vurulub, həm də ikinci tura start verilib.

 

H qrupunda mübarizə Kolumbiya – Yaponiya görüşü ilə başlayıb. Heyətində ulduz futbolçuları olan cənubi amerika təmsilçisi buna rəğmən asiyalılar qarşısında aciz qalıb – 1:2.

Qrup mərhələsində ilk tura Polşa – Seneqal qarşılaşması ilə yekun vurulub. Bu oyunda da eyni hesab qeydə alınıb – 1:2. Afrikalılar qələbəyə sevinən tərəf olublar..

 

Günün son duelində isə II turun ilk görüşü oynanılıb. A qrupunun açılış matçında Səudiyyə Ərəbistanını darmadağın edən Rusiya ilk ciddi sınağını Misirə qarşı verib. Məhəmməd Salahın yoxluğunda Uruqvaya yenilən Misir yığması Salahın varlığında da qələbəyə həsrət qalıb. Ruslar 3:1 hesablı rahat qələbə qazanaraq 1/8 finala bir addım da yaxınlaşıblar. Bunun üçün isə sabah Uruqvayın Səudiyyə Ərəbistanına yenilməməsi bəs edəcək.

 

Dünya çempionatı

19 iyun

 

II tur

A qrupu

Rusiya – Misir – 3:1 (ikinci hissə)

Qol: Ahmet Fathi, 47 (avtoqol), Çerışev, 59, Zyuba, 62 – Salah, 72 (pen.)

Hakimlər: Enrike Kaseres, Eduardo Kardoso, Xuan Zorrilla (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə)

Sankt-Peterburq, Şəhər stadionu

 

Rusiya: 1. İqor Akinfeyev (q), 2. Mario Fernandes, 3. İlya Kutepov, 4. Sergey İqnaşeviç (k), 6. Denis Çerışev (7. Kuzyayev, 74), 8. Yuri Qazinski, 11. Roman Zobnin, 17. Aleksandr Qolovin, 18. Yuri Jirkov, 19. Aleksandr Səmədov, 22. Artyom Zyuba (10. Smolov, 79)

Ehtiyat oyunçular: 12. Ruslan Lunyov (q), 20. Vladimir Qabulov (q), 5. Andrey Semyonov, 7. Daler Kuzyayev, 10. Fyodor Smolov, 13. Fyodor Kudryaşov, 14. Vladimir Qranat, 15. Aleksey Mirançuk, 16. Andrey Mirançuk, 21. Aleksandr Yeroxin, 23. İqor Smolnikov

Baş məşqçi: Stanislav Çerçesov

 

Misir: 23. Mohamed Elşenavi (q), 2. Ali Qabr, 6. Ahmed Heqazi, 7. Ahmed Fathi (k), 8. Tarık Hamed, 9. Mərvan Mohsen (11. Kahraba, 82), 10. Mohamed Salah, 13. Muhamed Abdulşafi, 17. Mohamed Elneni (22. Varda, 64), 19. Abdalla Said, 21. Trezege (14. Ramadan, 68)

Ehtiyat oyunçular: 1. Essam El Hadari (q), 16. Şerif Ekrami (q), 3. Ahmed Elmohammedi, 4. Omar Qaber, 5. Sam Morsi, 11. Kahraba, 12. Ayman Əşrəf, 14. Subhi Ramadan, 15. Mahmud Hamdi, 18. Şikabala, 20. Samir Saad, 22. Amr Varda

Baş məşqçi: Ektor Kuper

 

1. Rusiya 2 2 0 0 8:1 6
2. Uruqvay 1 1 0 0 1:0 3
3. Misir 2 0 0 2 1:4 0
4. Səudiyyə Ərəbistanı 1 0 0 1 0:5 0

 

 

I tur

H qrupu

Polşa – Seneqal – 1:2

Qollar: Krixkovyak, 86 – Sionek, 38 (avtoqol), Mbaye Nianq, 60

Hakimlər: Navaf Şükrülla, Yasir Tulefat (hər ikisi Bəhreyn), Tolib əl-Marri, Abdulrahman əl-Cassim (hər ikisi Qətər)

Moskva, “Spartak” stadionu

 

Polşa: 1. Voyçex Şesnı (q), 2. Mixal Pazdan, 4. Tyaqo Sionek, 7. Arkadius Milik (23. Kovnaçki, 73), 9. Robert Levandovski (k), 10. Qreqorş Krixkovyak, 11. Kamil Qrosiçki, 13. Maçiey Ribus, 16. Yakub Blaşikovski (5. Bednarek, 46), 19. Piotr Zielinski, 20. Lukas Pişçek (18. Berejinski, 83)

Ehtiyat oyunçular: 12. Bartoş Bialkovski (q), 22. Lukaş Fabianski (q), 3. Artur Jedrejçik, 5. Yan Bednarek, 6. Yacek Qoralski, 8. Karol Linetti, 14. Lukaş Teodorçuk, 15. Kamil Qlik, 17. Slavomir Pejko, 18. Bartoj Berejinski, 21. Rafal Kurjava, 23. David Kovnaçki

Baş məşqçi: Adam Navalka

 

Seneqal: 16. Xadim Ndaye (q), 3. Kalidu Kulibali, 5. İdrissa Qana Queyye, 6. Salif Sane, 9. Mame Diuf (11. Ndoy, 62), 10. Sadio Mane (k), 12. Yusuf Sabali, 13. Alfred Ndiaye (8. Kuyate, 87), 18. İsmaila Sarr, 19. Mbaye Nianq (14. Konate, 75), 22. Musa Vage

Ehtiyat oyunçular: 1. Abdullaye Diallo (q), 23. Alfred Qomis (q), 2. Adama Mbenqu, 4. Kara Mboji, 7. Musa Sou, 8. Şeyxu Kuyate, 11. Şeyx Ndoy, 14. Musa Konate, 15. Diafra Sako, 17. Pape Alinue Ndiaye, 20. Balde Keyta, 21. Lamine Qassama

Baş məşqçi: Aliu Sisse

 

 

Kolumbiya – Yaponiya – 1:2

Qollar: Xuan Kintero, 39 – Sindzi Kaqava, 6 (pen.); Yuya Osako, 73

Sarı vərəqələr: Vilmar Barrios, 64; Hames Rodriges, 86 – Eyi Kavasima, 90+4

Qırmızı vərəqə: Karlos Sançes, 3

Hakimlər: Damir Skomina, Yure Paprotnik, Robert Vukan (hamısı Sloveniya), Mehdi Abid  Şarif (Əlcəzair)

Saranks, “Mordoviya Arena”

Kolumbiya: 1. David Ospina, 3. Oskar Murilyo, 4. Santyaqo Arias, 6. Karlos Sançes, 9. Radamel Falkao (k), 11. Xuan Kuadrado (5. Vilmar Barrios, 31), 16. Cefferson Lerma, 17. Xoan Moxika, 20. Xuan Kintero (10. Hames Rodriges, 59), 21. Xose İskierdo (7. Karlos Bakka, 70), 23. Davinson Sançes

Ehtiyat oyunçular: 12. Kamilo Varqas, 22. Xose Kuadrado, 2. Kristian Sapata, 8. Abel Aqilar, 13. Yerri Mina, 14. Luis Muriel, 15. Mateus Uribe, 18. Fərid Diaz, 19. Migel Borxa

Baş məşqçi: Xose Pekerman

Yaponiya: 1. Eyi Kavasima, 3. Qen Şoji, 5. Yuto Naqatomo, 7. Qaku Şibasaki (16. Hotaru Yamaquçi, 80), 8. Qenki Xaraquçi, 10. Sindzi Kaqava (4. Keysuke Honda, 70), 14. Takaşi İnui, 15. Yuya Osako (9. Sindzi Okazaki, 85), 17. Makoto Hasebe (k), 19. Hiroki Sakai, 22. Maya Yoşida

Ehtiyat oyunçular: 12. Masaaki Hiqasiquçi, 23. Kosuke Nakamura, 2. Naomisi Ueda, 6. Vataru Endo, 11. Takaşi Usami, 13. Yoşinori Muto, 18. Riota Oşima, 20. Tomoaki Makino, 21. Qotoku Sakai

Baş məşqçi: Akira Nişino

 

1. Seneqal 1 1 0 0 2:1 3
2. Yaponiya 1 1 0 0 2:1 3
3. Polşa 1 0 0 1 1:2 0
4. Kolumbiya 1 0 0 1 1:2 0