“Qarabağ”ın rəqibi müəyyənləşdi

0
35

UEFA Çempionlar Liqasında ilk iki təsnifat mərhələsinin püşkü atılır. Apasport.az saytının məlumatına görə, Bakı vaxtı ilə 14:00-da İsveçrənin Nyon şəhərində başlayan püşkatma mərasimində Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşib.

I təsnifatda 32 komanda oynayacaq. Onlardan biri ilkin mərhələdən gələcəksə, 31-i mübarizəyə birbaşa buradan başlayacaq. Həmin 31 komanda səpələnmiş və səpələnməmişlərə bölünüb. “Qarabağ” səpələnmiş 16 klub arasında olub.

Klublar ilk olaraq qruplara bölünmüşdü. I qrupda yer alan “Qarabağ”ın potensial rəqibi “Şkendiya” (Makedoniya), “Düdelanj” (Lüksemburq), “Olimpiya” (Sloveniya), “Suduva” (Litva) və “Torpedo” (Kutaisi, Gürcüstan) idi. Püşk Azərbaycan çempionunu “Olimpiya”ya rəqib edib. İlk oyun Sloveniyada keçiriləcək.

I təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.

 

Çempionlar Liqası

I təsnifat  mərhələsi

 

“Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan)

“Torpedo” (Kutaisi, Gürcüstan) – “Şerif” (Moldova)

“Şkendiya” (Makedoniya) – TNS (Uels)

“Suduva” (Litva) – APOEL (Kipr)

“Düdelanj” (Lüksemburq) – “Videoton” (Macarıstan)

İlkin mərhələnin qalibi – “Malmö” (İsveç)

HİK (Finlandiya) – “Vikinqur” (Farer adaları)

“Lüdoqorets” (Bolqarıstan) – “Kruzaders” (Şimali İrlandiya)

“Kork Siti” (İrlandiya) – “Legiya” (Polşa)

“Valyur” (İslandiya) – “Rusenborq” (Norveç)

“Kukesi” (Albaniya) – “Valletta” (Malta)

“Flora” (Estoniya) – “Hapoel” (Beyer-Şeva, İsrail)

“Spartak” (Latviya) – “Srvena Zvezda” (Serbiya)

“Alaşkert” (Ermənistan) – “Seltik” (Şotlandiya)

“Spartak” (Slovakiya) – “Zrinski” (Bosniya və Herseqovina)

“Astana” (Qazaxıstan) – “Sutyeska” (Monteneqro)

 

İlk raundun püşkatmasının ardınca növbəti mərhələnin cütləri bəlli olacaq. Bu mərasim 2 hissədən ibarət olacaq.

Çempionlar yolunda 16 cütlük və mübarizəyə birbaşa qatılan 4 komanda yer alacaq. Bunlar BATE (Belarus), “Dinamo” (Xorvatiya), “Midtulland” (Şotlandiya) və ÇFR (Rumıniya) klublarıdı. Onlar ümumilikdə 10 cütlük təşkil edəcək.

Liqa yolunda isə mübarizəyə 4 komanda qoşulacaq. Onlar da öz növbəsində iki cütlük olacaq. “Bazel” (İsveçtrə) və “Ayaks” (Hollandiya) səpələnmiş kimi püşkatmaya qatılacaq. PAOK (Yunanıstan) və “Şturm” (Avstriya) onlara rəqib olacaq.

II təsnifat mərhələsinin ilk oyunları iyulun 24-25-də, cavab matçları iyulun 31-də və avqustun 1-də baş tutacaq.