Hələlik axtarışlar bir nəticə verməyib

0
114

 

Dünəndən kür çayında batan 16 yaşlı Əlili Ceyhun Eldar oğlunun axtarışları davam edir.  Fövqəladə Hallar Nazirliyindən  (FHN) verilən xəbərə görə, iyunun 18-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 2002-ci il təvəllüdlü Əlili Ceyhun Eldar oğlunun batması barədə məlumat daxil olub.

Bu gün səhər saatlarından etibarən FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Lakin hələlik axtarışlar bir nəticə verməyib.

Esmira Hidayətova, Yevlax