Nəsib Bayramoğlu:”May balı”na tələbat çoxdur”

0
66

Yaz çiçəkləri qoxusu, görünüşü ilə xüsusi seçildiyi kimi, arıların həmin otlardan çəkiyi balın da dadı, keyifiyyəti digərlərindən fərqlənir. Arıların həmin dövrdə çiçəklərdən əldə etdiyi məhsul may, iyun aylarında toplanır ki, bu da “May balı” adlanır. Arıçılar bal süzümünün payız və yaz aylarında aparıldığını, ən keyfiyyətlisinin isə yazda olduğunu deyirlər. Bu dövrdə çiçəklər çox olduğundan işçi arılar istədiyi qədər nektar əldə edə bilir. Hazırda “May balı”nın 1 kiloqramı 30 manata satılır.

“May balı” haqqında bizə məlumat verən “Cicək“ Arıçılar Birliyinin sədri Nəsib Bayramoğlu keyfiyyətli bal əldə etmək üçün həmin canlıların yerlərini dəyişməyi vacib hesab edir. Bu il havaların yağmurlu keçməsi arıçıların işinə yarıyıb. Çünkü bu il xoş qoxulu, orqanizmə xeyrli olan çiçəklər çoxluq təşkil edib ki, bu da “May balı”nın digər illərlə müqayisədə daha keyfiyyətli olmasına şəarit yaradıb.

Təcrübəli arıçı daha sonra deyib: “Bal ərzaqlar içərisində ən çox kalorisi olan məhsul sayılır. Bir kiloqram balda 3200 kalori var. Bal qəbul ediləndən 7 dəqiqə sonra mədədə həzm olunur, ona görə də bal yeyəndə tez acıma baş verir. Balın çox böyük ağrıkəsici qabiliyyəti var. Sümük, göz, baş ağrıları zamanı həmin nahiyəyə bal sürtmək lazımdır. Qırxılmış başa təmiz bal sürtülməsi ağrıdan xilas edir. Soyuqdəymə və oynaq ağrıları zamanı da bal sürtülməsi gözəl nəticələr verir. Yeri gəlmişkən, balın keyfiyyətini onun dərinin sorulması ilə də bilmək olar. Təmiz bal bədənə sürtüləndən təxminən bir saat sonra bir damcı da qalmadan sorulur. Bir də…balı qaşıqla qaldıranda əgər o üzülmürsə deməli, o bal təmizdir.  Bu metodu arıçılar yaxşı bilir”.

Esmira Hidayətova, Mingəçevir.