“Rusiya 2018”: Futbol üzrə dünya çempionatının beşinci günündə üç oyun keçiriləcək

0
223

Bu gün DÇ-2018 çərçivəsində növbəti oyunlar keçiriləcək. Rusiyadakı mundialın 5-ci günündə 3 qarşılaşma baş tutacaq.

F qrupunda ilk tura yekun vurulacaq. Almaniya və Meksikanın qrupunda yer alan İsveçlə Cənubi Koreya üz-üzə gələcək.

G qrupunda isə mübarizəyə start veriləcək. Öncə meydana Belçika və Panama yığmaları çıxacaq.

 

Günün son qarşılaşmasında isə futbolun yaradıcıları mundial həyəcanına başlayacaq. İngiltərənin rəqibi Tunis olacaq.

 

DÇ-2018

I tur

18 iyun

F qrupu

16:00. İsveç – Cənubi Koreya

Hakimlər: Xoel Aqilar, Xuan Zumba (hər ikisi Salvador), Xuan Karlos Mora (Kosta-Rika), Norbert Xauata (Taiti)

Nijni Novqorod. Şəhər stadionu

 

G qrupu

19:00. Belçika – Panama

Hakimlər: Canni Sikazu (Zambiya), Jerson dos Santos (Anqola), Zaxele Sivela (CAR), Ryudzi Sato (Yaponiya)

Soçi. “Fişt” stadionu

 

22:00. Tunis – İngiltərə

Hakimlər: Vilmar Roldan, Aleksander Quzman, Kristian de la Kruz (hamısı Kolumbiya), Rikardo Montero (Kosta-Rika)

Volqoqrad. “Volqoqrad Arena”