ATƏT-in nümayəndə heyəti Azərbaycana səfər edəcək

0
20

ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana gələcək. Səfər Cənubi Qafqaza səfər çərçivəsində gerçəkləşəcək. İyunun 18-dən 22-dək davam edəcək səfər Ermənistandan başlayacaq. Nümayəndə heyəti daha sonra Gürcüstana səfər edəcək. Qrupun sonuncu səfəri Azərbaycana olacaq.

Hər 3 ölkədə səfirlər ölkə rəhbərlikləri, parlament nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcəklər. Bildirilir ki, səfərin məqsədi səfirlərin ATƏT öhdəlikləri və prinsiplərinə uyğun olaraq stabillik, sülh və rifaha dəstəklərini nümayiş etdirməsidir. apa