Son zəng direktor üçün daha yaddaqalan oldu

0
202

Mingəçevir şəhərindəki 6 saylı orta məktəbdə də son zəng çalınıb. Tədbirdə məktəbin direktoru Xurşud Zamanova rəhbərlik etdiyi tədris ocağının ötən tədris ilində əldə etdiyi nailiyyətlərdən danışıb. Bildirib ki, 2017-2018-ci tədris ilində 18 şagird  məzun olub.  Onlardan 5 nəfəri ali məktəblərə qəbul olub. Məktəbin digər şagirdləri isə respublika səviyyəli idman yarışlarında öncül yerlər tutaraq məktəbə qızıl, gümüş, bürünc medallar gətiriblər. Onlardan Nəbiyev Məhəmməd, Tacir Hüseynov, Rövşən Zeynalov, Həmzətov Fərid, Tunar Zəfərli, Kənan  birinci yerə çıxaraq Azərbaycan çempionatının  kubokunu qazanıblar. Aytac  Abbasova isə tar üzrə  Respublika musiqi müsabiqəsinin qalibi olub.

 

Tədbirdə çıxış edən  məzunlar  müstəqil həyatda uğurlu addımlarla irəlilələyəcəklərinə əmin olduqlarını  bildiriblər. Valideynlər və müəllimlər də məzunlara öz xoş arzularını çatdırıblar. Tədbirdə fənn olimpiadalıarında uğur qazanan şagirdlərə məktəbin direktoru  fəxri fərmanlar təqdim edib.

 

Tədbirin sonunda on birincilər bilik aləminin simvolik açarını onunculara təqdim ediblər. 10-lar estafeti qəbul etdikdən sonra “Şagirdlərin dostu və sevimli direktor” nominasiyasını Xurşud Zamanovaya təqdim ediblər. Tədbir şagirdlərin hazırladıqları şən musiqi, şeir və rəqs   nömrələri ilə davam edib.

Esmira Hidayətova, Mingəçevir