Mingəçevir Texniki Humanitar Liseyində son zəng çalınıb

0
359

Mingəçevir Texniki Humanitar liseyində son zəng çalınıb. Tədbirdə Dövlət Himni səsləndikdən sonra birincilərin şən-şux rəqs nömrələri tədbirə rəngarənglik qatıb. Daha sonra liseyin direktoru Nailə Məmmədova  çıxış edərək qazanılan uğurlardan danışıb, məzunları təbrik edib. Qeyd edib ki, bu il  29 şagirddən 28-i ali məktəblərə qəbul imtahanlarının 1–ci turunda keçid ballarını toplayıblar. Bu məzunların 97% təşkil edir.

Tədbir şən musiqi sədaları altında davam etdirilib. Birincilər məzunları şeirlə təbrik edib və onlara gül dəstələri bağışlayıblar. Məktəb həyatına əlvida deyən məzunlar birincilərə hədiyyələr təqdim ediblər.

 

Qeyd edək ki, son zəng tədbirində Mingəçevir şəhər İcra Hakimiyyətinin birinci müavini İlham İsmayılov və şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov da çıxış edərək məzunlara uğurlar arzulayıblar.

Esmira Hidayətova, Mingəçevir.