Dünyanının ən böyük aysberqi isti dənizlərə doğru hərəkət edir

0
28

NASA 2000-ci ildə Antarktidadan qopan dünyanın ən böyük aysberqinin isti dənizlərə doğru hərəkət etdiyini bildirib.

“Daily Mail”in xəbərinə əsasən, NASA-nın əldə etdiyi görüntülərə əsasən, Antarktidadakı Ross buzluğundan qopan 11 min kvadrat kilometrlik aysberq qitədə dövr etdikdən sonra Atlantik okeanının cənubundakı Cənubi Corciya və Cənubi Sendviç adaları istiqamətində hərəkət edir.

Ekvator istiqamətində isti dənizlərə doğru hərəkət edən aysberqin yolda əriyərək yox olacağı təxmin edilir. Aysberq 18 il Antarktidanın ətrafında dövr etdiyi müddət ərzində 10 min km məsafə qət edib.