“15 İyun-Milli Qurtuluş Günü – milli qurtuluşumuzun zəfər yürüşü”

0
42

 

15 iyun Milli Qurtuluş Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib. “Ölməz şəxsiyyət simvolu” mövzusunda dəyrimi masa ətrafı müzakirələr aparılıb, inşa, rəsm müsabiqələri təşkil olunub və ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş  kitab sərgisi  keçirilib. Tədbirlər silsiləsinin ən maraqlı anlarından biri də  elmi -nəzəri konfrans öncəsi baş tutan rəsm və əl işləri sərgisinin açılış mərasimi olub. İstedadlı tələbələrin əl işlərindən ibarət sərgidə biri birindən məzmunlu əsərlər nümayiş olunub. Eyni zamanda  sərgi zalında milli qurtuluş mübarizəsindən bəhs edən video çarx nümayiş edilib.

Daha sonra bayram tədbiri iştirakçıları “15 İyun-Milli Qurtuluş Günü –milli qurtuluşumuzun zəfər yürüşü”   adlı elmi nəzəri konfransda bir araya gəlib. İştirakçıları 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə təbrik edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru professor Əyyub Əyyubov ən xoş arzularını paylaşıb.Çıxışına davam edən ünlü elm adamı Azərbaycan xalqının əsirlərə söykənən milli azadlıq mübarizəsindən, dövlət müstəqilliyinin ən son dönəmlərində yaşanan çətinliklərdən, xalqının ən ağır günlərində xalqını arxasınca alıb milli qurtuluş mücadiləsi vermiş dahi şəxsiyyət Heydər Əliyevin şərəfli ömür yolu və siyasi fəaliyyəti ilə bağlı şanlı xidmətlərindən  ətraflı söhbət açıb: “Ulu öndər Heydər Əliyevin ömür yolu və siyasi xidmətləri əslində böyük bir dövlətçilik səlnaməsidir. İstər siyasi hakimiyyətinin ilk, istərsə də son dönəmində  azərbaycan xalqının  dahi oğlu xalqı və doğma vətəni naminə çox böyük fədakarlıqlar göstərib. Dərin zəka, qətiyyət, iradə, cəsarət və ən başlıcası üstün liderlik keyfiyyətləri onu əbədiyaşar zirvələrə daşıyıb. Bu gün müstəqil Azərbaycanın  əldə etdiyi ən böyük naliyyətlər   ümummilli lider Heydər Əliyevin uzaqgörən, müdrik siyasətinin təzahürüdür.”

Bundan sonra  milli qurtuluş mübarizəsinə həsr olunmuş sənədli filmə baxış keçirilib. Ardınca konfransın digər məzmunlu məruzələri dinlənilib.Dini Qurumlarla İş Üzrə  Dövlət Komitəsinin Yevlax Regional şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov, iqtisad elmlər namizədi, dossent İbrahim Əyyubov,  pedaqoqlar Eldar Dərişov,İlqar Məhərrəmov və Aygün Hümbətova  məruzələrlə çıxış edib. Çıxışlarda əbədiyaşar liderin  dəyərli siyasi irsindən maraqlı faktlar səsləndirilib xoş xatirələr anılıb.

Konfrans daha sonra  tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış  musiqili bayram proqramının nümayişi ilə davam etdirilib.

Konfransa yekun vuran professor Əyyuib Əyyubov əslində xalqın üçqat bayram sevinci içində olduğunu qeyd edib: “Çox  gözəl haldır ki, bu il Milli Qurtuluş Günü təntənələri  İslam dünyası, o cümlədən xalqımız üçün əziz olan Ramazan bayramına təsadüf edib. Üstəlik  doğma Azərbaycanımız   nə zamandır ki,  milli Cumhuriyyətimizin 100 illik yubiley təntənələrini qeyd edir. Necə deyərlər bayram bayrama qarışıb. Bir daha sizləri və bütün xalqımızı üç qat bayramlar münasibəti ilə təbrik edir və   xalqımıza daha böyük naliyyətlər arzulayıram.Hesab edirəm ki, ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz və xalqımız hələ neçə siyasi zirvələri fəth edəcək, düşmən tapdağı altında olan yurd yerlərimiz ordumuzun zəfər yürüşü ilə işğaldan azad ediləcək.”

Esmira Hidayətova, Mingəçevir