Qırıcılar Bakı səmasında 

0
103

Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradının məşqləri keçirilir. Bu gün səhər saatlarında helikopter və təyyarələr parada hazırlıq məqsədilə Bakı buxtası üzərlərində uçuşlar həyata keçirib. Parad Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 iliyi münasibətilə iyunun 26-da Bakının “Azadlıq” meydanında keçiriləcək. Azərbaycan Müdafiə Nazirliyi Bakı səmalarında helikopter və təyyarələrin uçuşu ilə bağlı açıqlama verib. Nazirlikdən verilən məlumatda bildirilir ki, uçuşlar bayram tədbirinə hazırlıqla bağlıdır: “Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı bayram tədbirlərinə hazırlıqla bağlı Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri uçuşlar keçirir”.