Koroğlunun abidəsini parkın ortasına, Xətainin heykəlini isə…qoyublar”

0
13

“Şah İsmayıl Xətai Azərbaycanı qurub. Onun abidəsini Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yolun ortasına qoyublar. Bir turist şəkil çəkdirmək istəsə, onu maşın vurub öldürəcək”. Bunu Milli Məclisin növbədənkənar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. S.Novruzov vurğulayıb ki, Koroğlu kimi qaçağın abidəsini parkın ortasına, Şah İsmayıl Xətainin heykəlini isə yolun ortasında yerləşdiriblər.

 

“Bu, düzgün deyil. Tariximizə sahib çıxmalıyıq”.

Spiker Oqtay Əsədov isə S.Novruzova cavab olaraq deyib ki, Koroğlu qaçaq olmayıb: “Etnoslarımıza sataşmayın!” modern.az