Mingəçevirin ”İstək”i məzunları ilə vidalaşdı

0
106

Mingəçevir Dövlət Dram Teatırında Mingəçevir “İstək “liseyinin 2017-2018 dərs ilinin məzuniyyət gecəsi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra üçrəngli bayraq səhnəyə gətirilib. Tədbiri açıq elən edən aparıcı səhnəyə qonaqları salamlaması və məzunları təbrik etmək üçün Mingəçevir “İstək “liseyinin direktoru Fəqan Əhmədovu dəvət edib.

Qonaqları salamlayan direktor  bildirib ki, bizim üçün  çox böyük dəyəri olan ümummilli liderimiz Heydər Əliyevin 95 illiyinə və “Cümhuriyyətin 100” illiyinə həsr etdiyimiz  və liseyimizin hazırladığı məzun gecəsinə xoş gəlmisiniz. Fəqan Əhmədov 2017-2018- ci  tədris ilində liseyin şagirdlərinin əldə etdiyi uğurlardan danışıb. Bildirib ki, şagirdlər geridə qalan dərs ilində liseyin, şəhərin, öz valideynlərinin, bütövlükdə ölkənin etimadını doğrultmaq üçün çox ciddi səylə çalışmışlar. Onlar respublika və dünya fənn, layihə olimpiadalarında yüksək nəticələr əldə etmişlər. Qeyd olunub ki, liseyin məzunları bu il DİM –in keçirdiyi 13 və 20 may yaz qəbul imtahanında ən yüksək nəticə göstərərək uğur əldə ediblər. 8 şagird 600-dən yuxarı bal toplayıb. Onların içərisində ən yüksək nəticəni göstərərək 695 bal toplayan şagird Hacıəhməd Əhmədzadədir.

Daha sonra məzunları və valideyinləri  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov təbrik nitqi söyləyərək məzunlara ən səmimi arzularını çatdırıb. Qısa dövr ərzində “İstək“ liseyinin Azərbaycan təhsilinə verdiyi töhvədən danışaraq liseyin daha yüksək səviyyəyə yüksəlməsini qeyd edib. Liseyin pedaqoji heyətinə və rəhbərliyinə təşəkkürünü bildirən başçı məzunlara gələcək təhsil həyatlarında naliyyətlər arzulayıb. Yüksək bal toplayan şagirdlərə hədiyyələr təqdim edib.

Daha sonra “İstək” liseylərinin baş idarəsi akademik təhsil üzrə  müşavir  Elxan Əliyev çıxış edərək Mingəçevir “İstək” liseyinin 2017-2018-ci tədris ilində şagirdlərin respublika və beynəlxalq fənn və layihə olimpiadasında böyük uğurlara imza atdığını, Mingəçevir təhsilinin öndə olduğunu və Mingəçevir təhsili həmişə 700 bal toplayan məzunları ilə fəxr etdiyini diqqətə çatdırıb.

Tədbirdə liseyin şagirdləri mahnılar səsləndirib, rəngarəng səhnəciklərlə tədbir iştirakçılarına xoş anlar bəxş ediblər. Sonda məzunlar üçün son zəng çalınıb.

Esmira Hidayətova, Mingəçevir.