Vəfatından 14 il ötdü  

0
284

Milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin vəfatından 14 il keçir.

Qeyd edək ki, 1992-ci ilin 7 iyununda Azərbaycan Respublikasının prezidenti seçilən Əbülfəz Elçibəyin dövlət başçısı kimi ilk fərmanlarından biri milli azlıqların hüquqları və inkişafıyla bağlı idi. Onun adını Azərbaycanın müstəqillik tarixinə yazan addımlardan biri də Rusiya qoşunlarının ölkəmizdən çıxarılması oldu. Bu, o vaxt baş verirdi ki, postsovet məkanında yaradılan müstəqil ölkələrin böyük əksəriyyəti imperiya qoşunlarından xilas ola bilmirdi. Əbülfəz Elçibəyin hakimiyyəti illərində Azərbaycanın ilk milli valyutası dövriyyəyə buraxılıb, ali məktəblərə qəbul imtahanlarında ilk dəfə test üsulu tətbiq edilib. Müharibə fonunda Bakıda hakimiyyət uğrunda gedən mübarizə fonunda Elçibəy paytaxtı tərk etmək məcburiyyətində qaldı. Təxminən dörd il doğulduğu Kələki kəndində yaşayan Əbülfəz Elçibəy 1997-ci ildə geri qayıtdı və yenidən hakimiyyət uğrunda mübarizəyə qatıldı. Amma o, bu dəfə də siyasi fəaliyyətini yarımçıq dayandırmalı oldu. Bu dəfə ona siyasi deyil, səhhətindəki problemlər mane oldu. 2000-ci ildə Əbülfəz Elçibəy müalicə olunmaq üçün Türkiyənin Gülhanə hərbi hospitalına (GATA) getsə də, avqustun 22-də elə həmin xəstəxanada vəfat edib.  O, Fəxri Xiyabanda dəfn edilib.

 

 

Allah rəhmət eləsin!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here