Yığmamız Astanada darmadağın oldu

0
36

İyunun 5-də futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə səfərdə Qazaxıstan yığması ilə qarşılaşıb. “Astana Arena”da oynanılan görüşdə 3:0 hesabı ilə ev sahibləri qalib gəliblər.

 

Qazaxıstan millisinin heyətində matçın 12-ci dəqiqəsində Roman Murtazayev hesabı açıb. İki dəqiqə sonra ev sahibləri Serikjan Mujikovun qolu ilə hesab arasındakı fərqi artırıblar. İlk hissə bu hesabla başa çatıb. Matçın ikinci hissəsində komandalar qarşılıqlı hücumlar etsələr də, hesab 90-cı dəqiqədə dəyişib. Baktiyor Zaynutdinov Qazaxıstan millisinin üçüncü qoluna imza atıb.

 

Qeyd edək ki, milli komandamız növbəti yoldaşlıq oyununda Latviya yığmasının qonağı olacaq.

Yoldaşlıq görüşü

5 iyun

 

Qazaxıstan – Azərbaycan – 3:0

Qollar: Roman Murtuzayev, 12; Serikjan Mujikov, 14; Boxtiyar Zaynutdinov, 90

Hakimlər: Aleksandr Tyan, Andrey Bodyan, Viktor Mardari, Dmitri Muntyan (hamısı Moldova)

Astana. “Astana Arena”

Qazaxıstan: 1. Nenad Erik, 2. Sergey Malıy, 4. Yevgeni Postnikov, 5. İslambek Kuat, 7. Serikjan Mujikov, 9. Baurjan İslambek, 11. Yerkebulan Tunqışbayev, 13. Aleksey Çsnyotkin, 14. Roman Murtuzayev, 18. Dmitri Şomko (k), 21. Abzal Beysebikov

Ehtiyat oyunçular: 12. Vladimir Plotnikov, 3. Nurəli Alip, 6. Yan Voroqovski, 8. Maqomed Paraqulqov, 10. Georgi Jukov, 15. Baurjan Turusbek, 16. Qafurjan Suyumbayev, 19. Boxtiyar Zaynutdinov, 20. Maksim Fedin, 22. Vyaçeslav Şviryov, 23. Yuri Loqvinenkov

Baş məşqçi: Stanimir Stoilov

Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev (9. Namik Ələsgərov, 63), 10. Ruslan Qurbanov (11. Ramil Şeydayev, 72), 13. Dimitri Nazarov (18. Coşqun Diniyev, 46), 15. Ruslan Abışov (30. Rahil Məmmədov, 73), 16. Cavid Hüseynov (25. Cavid İmamverdiyev, 63), 21. Təmkin Xəlilzadə, 22. Mahir Mədətov, 29. İlqar Qurbanov (26. Ürfan Abbasov, 46)

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 3. Slavik Alxasov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 19. Amil Yunanov, 28. Ufuk Budak

Baş məşqçi: Qurban Qurbanov