Millimizin Astana sınağı

0
53

Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək. Qurban Qurbanovun baş məşqçisi olan yığmamız 2018-ci ildə ilk səfər sınağına çıxacaq.

 

46 yaşlı mütəxəssisin rəhbərliyi altında 5-ci oyununa çıxacaq komandamız Qazaxıstanla üz-üzə gələcək. Bunadək keçirdiyi 4 qarşılaşmanın ikisini Bakıda, ikisini Antalyada meydana çıxan futbolçularımız Astanada qüvvələrini sınayacaqlar.

Son qarşılaşmada Qırğızıstanı 3 cavabsız qolla yenən millimiz ardıcıl 2-ci qələbəsini qazanmağa çalışacaq. Bu həm də yığmanın 2018-ci ildəki 2-ci uğuru olacaq. Hesabında 1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət olan komanda son iki görüşdə uduzmayıb.

 

Qeyd edək ki, moldovalı hakimlərin idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Yoldaşlıq görüşü

5 iyun

 

20:00. Qazaxıstan – Azərbaycan

Hakimlər: Aleksandr Tyan, Andrey Bodyan, Viktor Mardari, Dmitri Muntyan (hamısı Moldova)

Astana. “Astana Arena”