Komandalar “avtobus futbolu” oynayacaqlar

0
35

Hollandiya millisinin sabiq baş məşqçisi Lui van Qal Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatı haqqında fikirlərini bölüşüb. Holland mütəxəssis mundialda çıxış edəcək komandaların əksəriyyətinin müdafiə futboluna üstünlük verəcəyini deyib.

“Dünya çempionatından baxımlı futbol gözləməyə dəyməz. Mən belə düşünürəm. Zənnimcə, məşqçilərin əksəriyyəti zona müdafiəsindən istifadə edəcəklər. Başqa sözlə desəm, komandalar “avtobus futbolu” oynayacaqlar. Hamı başa düşür ki, belə bir oyuna tamaşa etmək əyləncəli deyil. Hətta ən yaxşı komandalara belə, bu tip müdafiələri yarmaq çətin olacaq” – deyə, Lui van Qal bildirib.

Qeyd edək ki, dünya çempionatına iyunun 14-də start veriləcək.