İcra başçısı Xalq artisti Ella Yaqubovanı təbrik etdi

0
221

Mingəçevir Dövlət Dram Teatrının sevilən aktrisası Yaqubova Ella İsmayıl qızı Azərbaycan Respublikası Prezidentinin 27 may 2018-ci il tarixli Sərəncamına əsasən   respublikanın  “Xalq artisti” adına layiq görülüb. Bu münasibətlə bu gün Mingəçevir Şəhər  icra  Hakimiyyətinin başçısı Niyazi Bayramov  Ella xanımı qəbul edib. Şəhər rəhbəri cənab Prezidentin sərəncamından söhbət açaraq bildirib ki, ölkə başçısı daim mədəniyyət sahəsinə çox qayğı ilə yanaşıb və incəsənət xadimlərinə hər zaman dəstək olub. O, eyni zamanda aktirisaya yeni yaradıcılıq uğurları arzulayıb.

Ella Yaqubova öz növbəsində Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubleyinin keçirilməsi haqqında sərəncamına görə, həmçinin bu ada layiq görüldüyü üçün Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.

 

Esmira Hidayətova, Mingəçevir