Mingəçevirdə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

0
89

Bu gün Mingəçevir Bələdiyyəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Mingəçevir Bələdiyyəsində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib. Tədbirdə DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 1 N-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Rafiq Qasımov, Mingəçevir Bələdiyyəsinin üzvləri, məscidlərin imamları, din xadimləri və dini icma üzvləri  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə iyunun  18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunması və buna uyğun olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə respublikamızda hər il ənənəvi olaraq “İnsan Hüquqları Aylığı”nın keçirilməsi barədə tədbir iştirakçılarına qısa məlumat verib.

Sonra Mingəçevir Bələdiyyəsinin komissiya sədri, Mingəçevir ŞİH başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvü Zahid Qasımlı “Sənin hüququn – sənin haqqındır” mövzusunda çıxış edib. O, öz çıxışında ölkəmizdə insan hüquq və azadlıqlarının, o cümlədən milli azlıqların hüquqlarının müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırıb. Zahid Qasımlı vətəndaşların bələdiyyələrin fəaliyyətində yaxından iştirak etmək hüququ barədə ətraflı məlumat verib..

DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov “Dini etiqad azadlığı insan hüquqlarının baris nümunəsidir” mövzusunda çıxış edərək əsas insan hüquqlarından sayılan dini etiqad azadlığının bölgə üzrə vəziyyəti və bu sahədə görülən işlər barədə danışıb. O, həmçinin Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti barədə məlumat verib.

Tədbirdə Mingəçevir şəhəri “Heydər” məscidinin imam Ələmdar Qiyasovov, imam naibi Müşfiq Nəcəfov, “Zəhra” məscidinin imamı Əkbər Əliyev, “Cümə” məscidinin imamı Vüsal Abdullayev və digər iştirakçılar çıxış edərək Ramazan ayı da daxil olmaqla istənilən dini bayramların və dini mərasimlərin həyata keçirilməsi üçün dövlətin yaratdığı şəraitdən və göstərdiyi qayğıdan bəhs ediblər.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Esmira Hidayətova, Mingəçevir