Kürd yəhudilər, yoxsa yəhudiləşmiş kürdlər? (3)

0
288
Molla Mustafa Bərzani İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlığını sonrakı illərdə də davam etdirdi. Əslində buna əməkdaşlıq da demək olmazdı. Çünki bu, məntiqi baxımdan əməkdaşlıqdan daha çox İsrailin xeyrinə edilən casusluğu xatırladırdı. Əgər  Molla Mustafa Bərzani  MOSSAD rəhbərləri ilə deyil, İsrailin Prezidenti, Baş Naziri, xarici işlər naziri və ya digər diplomatik nümayəndələr ilə görüşsəydi, onda Bərzaninin MOSSAD-ın casusu ola bilməsi barədə iddialar gündəmə gəlməzdi. 
  Molla Mustafa Bərzani İsrailə etdiyi səfərlər zamanı 1950-ci ildə İraqın şimalından köçərək İsrailə gedən köhnə tanışı David Qabayın evində qaldı. Qabay kürd dilində çox yaxşı danışırdı və o,Bərzani ilə MOSSAD rəhbərləri arasında vasitəçilik missiyasını həyata keçirirdi. Bununla bağlı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hazırladığı gizli hesabatlarda qeyd edilirdi ki, Bərzani İsrailə səfəri zamanı,ilk növbədə,MOSSAD rəsmiləri ilə görüşür. Həmçinin hesabatda o da vurğulanırdı ki, MOSSAD şefi Zvi Zamir İraqın şimalındakı kürd silahlılarının düşərgəsinə gedərək,orada Molla Mustafa Bərzani ilə görüşmüşdü. Görüşdə MOSSAD şefi Bərzanidən xahiş etmişdi ki,İraq hökumətinə qarşı təxribatları və partizan hücumlarını daha da genişləndirsinlər. Əvəzində isə Zvi Zamir  Bərzaniyə İsrailin himayəsi altında olacaq kürd dövlətinin qurulmasına yardım edəcəyini vəd etmişdi. Ümumiyyətlə,hələ ötən əsrin 50-ci illərinin ortalarından başlayaraq,MOSSAD Bərzani və tərəfdarlarını kürd dövləti qurulmasına yardım edəcəkləri vədi ilə öz tərəflərinə çəkmiş və onlardan bölgədəki Türkiyə, İraqa və İrana qarşı pozuculuq əməllərinin, terrorun həyata keçirilməsi üçün istifadə etməyə başlamışdı..

 

Bərzani MOSSAD-ın

tapşırıqlarını yerinə yetirirdi

MOSSAD Bərzaniyə həm modern silahlarla yardım edir, həm də onlara böyük həcmdə maliyyə yardımları göstərirdi. O dövrdə MOSSAD rəhbəri vəzifəsində işləyən Meir Amit İraqın şimalındakı kürd düşərgəsinə gedərək,orada Bərzaniyə və onun silahlı tərəfdarlarına İsrail dövlətinin onlara  hərtərəfli yardım edəcəyi barədə vəd vermişdi. Meir Amit 1948-ci il Ərəb-İsrail müharibəsində iştirak etmiş və  olduqca amansızlığı ilə ad çıxarmışdı. O,döyüşən orduda sonralar müdafiə naziri olacaq Moşe Dayanın sağ əli sayılırdı.

Meir Amit sürətlə hərbi sahədə yüksələrək general olmuşdu. 1963-cü ildə Meir Amit MOSSAD rəhbərliyinə irəli çəkilmişdi. O,eyni zamanda hərbi kəşfiyyata da rəhbərlik edirdi. Meir Amit Molla Mustafa Bərzani ilə sıx əlaqə yaradaraq, onlardan İraq hökumətinə qarşı təxribatlarda istifadə edirdi. Ehtiyata buraxıldıqdan sonra da Meir Amit İsrail parlamentinin deputatı seçildi, sonra o, rabitə naziri vəzifəsinə təyin edildi.

Amma  Meir Amit həm də həmin dövrdə Molla Mustafa Bərzani ilə MOSSAD arasında daha sıx əlaqələrin qurulmasında və onlar arasında vasitəçilik missiyasının həyata keçirilməsində iştirak edirdi.

1973-cü ildə Molla Mustafa Bərzani ikinci dəfə İsrailə  səfər  etdi. Bu səfər zamanı MOSSAD Bərzani qarşısında İraq hökumətinə daha sərt qaydalarla mübarizə aparmaq və strateji obyektləri məhvetmə, onlara qarşı terror hərəkətlərinə əl atılması şərtini qoydu. 1973-cü ildə baş verən Yom Kippur savaşı zamanı MOSSAD Bərzaniyə İraqdakı neft mədənlərini yandırmaq tapşırığı verdi. Bərzani MOSSAD-ın bu tapşırığını yerinə yetirərək,silahlı tərəfdaşları vasitəsi ilə İraqdakı bir çox neft quyularını yandırtdı.

(Dennis Eisenberg, Uri Dan, Eli Landau, Mossad – Les Services Secrets İsraeliens, Paddington Press, 1978, p. 267-68)

Yeri gəlmişkən,onu da deyək ki, Molla Mustafa Bərzani ilə sıx əlaqədə olan yüksək səviyyəli İsrail rəsmilərinin bəziləri İraqın şimalında anadan olanlar idilər. Məsələn, İsrailin keçmiş müdafiə naziri İshak Mordexay İraqın şimalındakı Zaho şəhərində anadan olmuş bir kürd yəhudisi və ya yəhudiləşmiş kürd idi. İsrailin Baş Qərargah rəisi və digər keçmiş müdafiə naziri Saul Mofaz isə Tehranda anadan olan yəhudiləşmiş kürd və ya yəhudi kürd idi. Ümumiyyətlə,hazırda İsraildə yüksək vəzifə tutanlar arasında İraqın şimalında anadan olan minlərlə yəhudiləşmiş kürd və ya yəhudi kürd var. Onların hamısını bir məqsəd birləşdirir: Ana yurdda, İraqın şimalında adı Kürdüstan olacaq, ancaq Təl-Əviv tərəfindən idarə olunaraq,bölgədə ikinci İsrail funksiyasını həyata keçirəcək “Böyük İsrail” dövləti qurmaq. Bu da İsraillə İraqın şimalı arasında daha sıx münasibətlərin qurulmasında önəmli rol oynamaqdadır.

 

Yəhudi kürdlər və ya yəhudiləşmiş kürdlər Fələstinə yerləşdirildilər

1948-ci ildə İsrail dövləti quruldu və bundan iki il sonra 1950-ci ildə İraqın şimalından 100 min yəhudiləşmiş kürd və ya kürd yəhudisi İsrailə köçdü.  Onlardan əli silah tutanların əksəriyyəti dərhal İsrail ordusuna səfərbər edilərək,ərəblərə qarşı  müharibəyə göndərildi. Digər tərəfdən də,İraqın şimalından İsrailə köç edən yəhudiləşmiş kürdlər və ya yəhudi kürdlər işğal edilmiş Fələstin torpaqlarında yerləşdirildilər. Sonrakı illərdə də İraqın şimalından baş verən köç zamanı yəhudiləşmiş kürdlər və ya yəhudi kürdlər İsrail tərəfindən işğal edilən digər ərazilərdə məskunlaşdırıldılar. Hələlik,təsdiqini tapmayan bəzi ehtimallara görə, yəhudiləşmiş  və ya yəhudi kürdlərlə birlikdə İsrailə özlərini yəhudilər kimi qələmə verən, əslində isə yəhudilərə heç bir aidiyyətı olmayan on minlərlə kürd də köç edib. Onları belə bir addımı atmağa məcbur edən səbəblərdən biri isə İsrailə köç edən yəhudiləşmiş kürdlərə və  ya yəhudi kürdlərə böyük imtiyazların, güzəştlərin verilməsi olub.

Bu isə bəzi kürdləri ailələri ilə birlikdə yəhudi adı altında İsrailə köç etməyə şirnikləndirib. Onlar isə yəhudiləşmiş kürdlərdən və ya kürd yəhudilərdən fərqli olaraq,yəhudi dilini,ümumiyyətlə bilməyiblər. Ona görə də belə ailələr İsraildə “qara yəhudilər” kimi tanınıblar. Onların yəhudilərlə qaynayıb-qarışması, ivrit dilini öyrənməsi isə olduqca ağır və uzun proses olub. Yenə də məsələ ilə bağlı bir maraqlı məqama da toxunmaya bilmirik. Bu da İsrailə köç edən yəhudi olmayan kürdlərlə yəhudiləşmiş kürdlər və ya yəhudi kürdlərin kürdlərə xas olan bütün milli bayramları özləri ilə İsrailə aparmalarıdır. Məsələn, İraqın şimalından İsrailə köç edən yəhudiləşmiş kürdlər və yəhudi adı altında gizlənən kürdlər indi də Novruz bayramını hər il qeyd edirlər. Halbuki Islamı qəbul edərək kürdl adı altında gizlənən yəhudilərin Novruz bayramını qeyd etməsi ümumiyyətlə,mümkün deyil. Çünki Islamı qəbul edərək kürdl adı altında gizlənən yəhudilər Islam adət-ənənələrinə ikrahla yanaşırdılar. Bu baxımdan onların kürdlərin milli bayramlarını, o cümlədən Novruzu bayram kimi qeyd edə bilmələri ehtimalı ağlabatan deyil. Buna paralel olaraq,yəhudi kürdlərin və ya yəhudiləşmiş kürdlərin də İsrailə köç etdikdən sonra Novruzu bayram kimi qeyd etmələri onların yəhudiləşmiş kürdlər olduğu ehtimalının doğru ola biləcəyini daha da inandırıcı edir.

Konkret olaraq,Bərzanilərə gəlincə, bu gün İsraildə İraqın şimalından köç edən və həm ivrit, həm də kürd dilində təmiz danışan Bərzani soyadlı yəhudiləşmiş və ya yəhudi kürdlər yaşamaqdadırlar. Bərzani soyadlılar əsasən İraqın şimalından köç edən Israildəki kəndlərdən birində yaşayırlar. Onlar bir festivalda iştirak edərkən hətta İsrail Baş Qərargahının rəisi Saul Mofaz və Baş Nazir Şimon Pereslə belə,şəkil çəkdiriblər. Onların bu gün İraqın şimalını idarə edən Bərzanilər ilə qohumluq əlaqələri varmı? Bu suala, hələlik,cavab almaq olmayıb. Çünki bu faktın ciddi şəkildə araşdırılmasına ehtiyac var. Amma o da məlumdur ki, Bərzani soyadlı yəhudiləşmiş kürdlər və ya yəhudi kürdlər İsrailə məhz İraqın şimalından köç ediblər.

Bir neçə il bundan əvvəl Bərzani soyadlı bir yəhudi kürd və ya yəhudiləşmiş kürd İsraildəki Türkiyə Səfirliyi önündə Kürdüstanla bağlı etiraz aksiyası təşkil etmiş və Türkiyə əleyhinə sərt çıxışlar etmişdi.

Bu gün İsraildə İraqın şimalından köç edən 250-300 min nəfər kürd yəhudi və ya yəhudiləşmiş kürdlər yaşamaqdadırlar.

ƏZIZ MUSTAFA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here