Trampın nitqləri ABŞ-ı məhkəməyə sürükləyir

0
15

İran parlamenti İŞİD terror qruplaşmasının Tehranda törətdiyi terror aktları ilə əlaqədar ABŞ-ı məhkəməyə verməyə hazırlaşır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İran məhkəmə iddiasında ABŞ prezidenti Donald Trampın seçkiqabağı niqtlərindən istifadə edəcək.

Belə ki, Tramp seçkiqabağı kampaniyasında dəfələrlə iddia edib ki, İŞİD-i Barak Obama (həmin dövrün prezidenti) və Hillari Klinton (sabiq dövlət katibi) yaradıblar.

Xatırladaq ki, 2017-ci ilin iyununda İŞİD döyüşçüləri parlament binasına və İran İslam Respublikasının banisi Xomeyninin məqbərəsinə hücum ediblər. Terror aktları nəticəsində 10-dan çox insan ölüb.