Millimiz üç cavabsız qolla qalib gəlib

0
81

Dünən Azərbaycan millisi növbəti yoxlama matçına çıxıb. Qurban Qurbanovun başçılıq etdiyi komanda Qırğızıstan yığmasını qəbul edib. Bu, “Qarabağ”ın çalışdırıcısının yığmanın “sükanı arxasında” 4-cü sınağı olub. O, qırğızlarla görüşədək Moldova və Makedoniya ilə heç-heçə etdiyi halda, Belarusa məğlubiyyətə üzülüb.

Budəfəki rəqib komandamız üçün yad deyildi. Millimiz 2018-ci ildə 4-cü yoxlama matçında Qırğızıstanla 4-cü dəfə üz-üzə gəlib. Buna qədər iki dəfə qalib gəlib, 1 dəfə “sülh” bağladığımız asiyalılar yenə məğlubiyyətə üzülüblər. Millimiz uğurlu seriyanı 3:0 hesablı qələbə ilə davam etdirib.

 

Bu, eyni zamanda Qurbanovlu yığmanın ilk qalibiyyəti olub və yığmamız 2018-ci ilin “siftə”sini rəsmiləşdirib.

 

Qeyd edək ki, yığmamız iyunun 5-də Qazaxıstan, 4 gün sonra Latviya ilə də yoldaşlıq oyunu keçirəcək.

 

Yoxlama oyunu

29 may

 

Azərbaycan – Qırğızıstan – 3:0

Qollar: Maksim Medvedev, 16; Mahir Mədətov, 75; Ürfan Abbasov, 84

Hakimlər: Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy (hamısı  Türkiyə)

Bakı. Olimpiya Stadionu

Azərbaycan: 23. Səlahət Ağayev, 5. Maksim Medvedev (k), 15. Ruslan Abışov, 4. Pavel Paşayev, 26. Ürfan Abbasov, 2. Qara Qarayev, 8. Emin Mahmudov, 25. Cavid İmamverdiyev, 9. Namiq Ələsgərov, 7. Araz Abdullayev, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 6. Bədavi Hüseynov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 17. Rəhman Hacıyev, 18. Coşqun Diniyev, 19. Amil Yunanov, 22. Mahir Mədətov, 28. Ufuk Budak, 30. Rahil Məmmədov

Baş məşqçi: Qurban Qurbanov

Qırğızıstan: 16. Valeri Kaşuba, 3. Tamirlan Kozubayev, 5. Kursanbek Şeratov (k), 8. Aziz Sıdıkov, 10. Mirlan Murzayev, 11. Bekjan Saqınbayev, 12. Avazbek Otkeyev, 18. Kayrat Jırqalbekuulu, 20. Baxtiyar Duyşobekov, 21. Farxat Musabekov, 23. İslam Şamşiyev

Ehtiyat oyunçular: 1. Kalısbek Akimaliyev, 2. Amanbek Manıbekov, 6. Şerzot Şakirov, 7. Odiljon Abduraxmanov, 9. Alimardon Şukurov, 13. Kutman Kadırbekov, 14. Pavel Sidorenko, 15. Murolimjon Axmedov, 17. Atai Dzumaşev, 19. Roman Levçenko, 22. Mustafa Yusupov

Baş məşqçi: Aleksandr Krestinin