Tələbələr turizm və hotelçiliklə bağlı maarifləndirilirlər

0
157

“Barama Group”un təşəbbüsü və təşkilatçılığı, “River Side Hotel Mingəçevir”in dəstəyi ilə Mingəçevir şəhərində “Turizm və hotelçiliklə bağlı maarifləndirmə” adlı təlim keçirilib. Təlimdə Mingəçevir Dövlət Universitetinin “Turizm və Hotelçilik” ixtisasının və Mingəçevir Turizm Kollecinin tələbələri iştirak ediblər. Təlimçi Toğrul Abbaszadə öz təcrübəsini tələbələrlə bölüşüb. Qrupun təsisçilərindən olan Sənan Mehdi tələbələrin xaricdə təhsil və “Erasmus+” proqramı ilə bağlı suallarını cavablandırıb.

“Turizm və hotelçiliklə bağlı maarifləndirmə” təlimi həftənin bazar günləri olmaqla üç həftə davam edib. Sonda təlim iştirakçılarına sertifikat verilib.

Qrupun təsisçiləri Sənan Mehdi, Toğrul Abbaszadə, İlqar Həsənov, Elşən İsmayılov, Orxan Sadıqlı, Rəvan Rzazadə və Toğrul İsmayılovdur.

Esmira Hidayətova, Mingəçevir