“Qəbələ” tarixinin ilk titulunu əldə etməyə iddialıdır

0
39

Bu gün Azərbaycan kubokunun final matçı keçiriləcək. Qəbələ şəhər stadionundakı matçla 2017/18 mövsümünə yekun vurulacaq.

 

Azərbaycanda Cümhuriyyətin 100 illik yubileyi gününə təsadüf edən finalda “Keşlə” və “Qəbələ” qarşılaşacaq. İndiyədək komandalardan heç biri kubok qazanmadığından mükafat yeni sahibini tanıyacaq.

 

Qəbələdəki qələbə iki dəfə çempion, bir dəfə “Birlik Kuboku”nun qalibi olan bakılılar üçün ümumilikdə 4-cü titul ola bilər. Doğma meydanda nominal qonaq olacaq “Qəbələ” isə I dəstə çempionluğu sayılmasa, tarixinin ilk titulunu əldə etməyə iddialıdı.

 

Görüş həm də Azərbaycanın Avropa Liqasındakı son təmsilçisini müəyyənləşdirəcək. Bakılılar Avropaya yollanmaq üçün mütləq kubok qazamalıdısa,“Qəbələ” isə artıq avrokuboklara vəsiqəni təmin edib. Əyalət klubu qalib gəlsə, qitənin ikinci dərəcəli klub turnirindəki son təmsilçimiz “Zirə” olacaq.

 

Qeyd edək ki, Qəbələ şəhər stadionundakı matç saat 20:00-da başlayacaq.

 

Azərbaycan kuboku

Final
28 may (bazar ertəsi)
20:00. “Keşlə” – “Qəbələ”
Hakimlər:
 Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA Nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu