Rövnəq Abdullayev: “… Ukraynada fəaliyyət prioritet istiqamətlərdən biri olacaq”

0
15

Ukraynanın Prezidenti Petro Poroşenko və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Kiyevdə Ukraynaya yüksəkkeyfiyyətli aviasiya yanacağının tədarükü və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Görüşdə SOCAR-ın “Türk layihələri”, Ukraynanın bu layihələrə daxil olması və Ukrayna dövlətinin neft emalı kompleksinin inkişaf perspektivləri barədə müzakirələr aparıblar.

“Növbəti il, Türkiyədəki strateji layihələr başa çatandan sonra Ukraynada fəaliyyət prioritet istiqamətlərdən biri olacaq, çünki burada inkişaf çox uğurludur. Ukraynada biznesin inkişafı üçün yaxşı imkanlar yaranıb”, – deyə SOCAR prezidenti bildirib.

Petro Poroşenko Ukrayna və Azərbaycan prezidentlərinin səmimi dostluq əlaqələrini qeyd edib və dövlətlər arasında əməkdaşlığın strateji xarakter daşıdığını vurğulayıb. “İnanıram ki, əməkdaşlığın inkişafı və dərinləşdirilməsi üçün enerji sektorunda da bu imkanlardan tam istifadə edəcəyik”, – deyə Prezident bildirib. Dövlət başçısı bu potensialdan Ukraynaya enerji tədarükünün şaxələndirilməsinin vacibliyini qeyd edib.

Görüşdə, həmçinin Ukraynanın şəhərlərinə yüksəkkeyfiyyətli aviasiya yanacağının tədarükü məsələsi müzakirə edilib.