Koreya liderləri yenidən görüşüblər

0
15

Koreya Respublikasının Prezidenti Mun Ce-in və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In yenidən görüşüblər. Bu barədə Cənubi Koreyanın Prezident ofisi məlumat yayıb. Görüş mayın 26-da yerli vaxtla saat 15:00-dan 17:00-dək iki Koreya arasındakı demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsində baş tutub.

Dövlət başçıları aprel ayında keçirilmiş görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsinə dair məsələləri müzakirə ediblər.