“Yaxşıların yaxşısı” mükafatlandırıldı

0
218

Mingəçevir Texniki humanitar liseyində ulu öndər Heydər Əliyevin 95 illik yubleyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Yaxşıların yaxşısı” mükafatlandırma tədbiri keçirilib. Öncə qeyd edək ki, liseydə bu mövzuda silsilə tədbirlər keçirilib. Lisey 2017-2018 ci tədris ilinin təhsildə keyfiyyət ili elan edilməsi prinsipini rəhbər tutaraq təhsil sahəsində keyfiyyət dəyişikliklərinə nail olmaq, cəmiyyət üçün layiqli vətəndaş, XXI əsrin tələblərinə cavab verən və çevik düşünmə qabiliyyətinə malik insan yetişdirmək üçün bütün səy və bacarıqlarını əsirgəməyib.

 

Tədbirdə liseyin direktoru Nailə Məmmədova çıxış edərək bildirib ki, ənənə halını almış bu tədbir artıq 4 ildir ki, liseydə reallaşır: “Yarışmamızın məqsədi xüsusi istedada, biliyə, savada malik şagirdləri üzə çıxarmaq, onların ayrı-ayrı fənlərə marağını artıqmaqdan ibarətdir. İnsan təhsilinin əsasını orta məktəbdə alır. Əgər onun fundamental kökü, orta təhsili varsa o cəmiyyətdə özünə yer tutacaq, çalışaraq cəmiyyətin şüurlu üzvünə çevriləcək. Orta məktəbdə təhsil alan hər bir şagird seçdiyi  ixtisasdan asılı olmayaraq tarixini, ədəbiyyatını mədəniyyətini mükəmməl bilməlidir. Ali məktəblərə builki qəbulda 7 şagirdimiz 600-dən yuxarı bal toplayıb. Şagirdlərimiz fənn olimpiadalarında, bilik yarışmalarında, idmanda yüksək nəticələr göstəriblər. Bu yarışma həm texniki, həm də humanitar fənlər üzrə 2 mərhələdə 5-8 ci siniflər arasında keçirilir. Amma yarışmaya ilk dəfə olaraq ibtidai sinif pilləsindən 4-cüləri də əlavə etmişik.

Daha sonra fəqlənənlərin mükafatlandırma mərasimi başlayıb. Tədbir şagirdlərin  şən, rəngarəng  musiqi nömrələri ilə davam edib.

Esmira Hidayətova, Mingəçevir