“Heydər Əliyev Kuboku 2018” uğurla yekunlaşdı

0
90

Mingəçevir Gənclər və İdman İdarəsinin, Mingəçevir Gənclər Evinin, Gələcək Gənclərlə Gələcək Gənclər Klubunun dəstəyi, Mingəçevir Regional Debat Mərkəzinin təşkilatçılığı ilə reallaşan “Mingəçevir Gənclərin Regional Debat Forumu: “Heydər Əliyev Kuboku 2018” uğurla yekunlaşdı. “Zirvə” və “Qarabağ” komandalarının mübarizə apardığı finalda daha uğurla çıxış edən “Qarabağ” forumun qalibi oldu.
Mükafatlandırma və bağlanış mərasimində çıxış edən Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli Mingəçevir Regional Debat Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək, ölkədə aparılan gənclər siyasətindən, gəncələrə göstərilən diqqət və qayğıdan söhbət açdı.

Mingəçevir Heydər Əliyev Mərkəzinin dirketoru, YAP Mingəçevir şəhər Təşkilatının Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev forumun ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibəti ilə  “Mingəçevir Gənclərin Regional Debat Forumu: Heydər Əliyev Kuboku 2018” adlandırılmağının əhəmiyyətindən danışdı və Heydər Əliyevin həyat fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi.

Mingəçevir  Gənclər Evinin direktoru Tural Kərimov debatların gənclərin inkişafında mütəsna rol oynadığınından danışdı, bundan sonra da Mingəçevirdə debatın inkişafı üçün Gənclər Evi olaraq hər zaman dəstək olacaqlarını bildiridi.

Daha sonra çıxış edən Milli Debat Proqramının Regional Mərkəzlər üzrə Meneceri Etiram Sadıqzadə Milli Debat Proqramının fəaliyyətindən, gördüyü işlərdən, qazandığı uğurlardan danışdı.

Mingəçevir Regional Debat Mərkəzinin sədr müavini Samir Şükürov mərkəzin uğurlu  fəaliyyətindən danışaraq qarşıda duran plan və vəzifələrdən söhbət açdı.

Sonda qalib komandaya kubok və medal, ən yaxşı natiqlərə medal, bütün iştirakçılara sertifikat verildi.

Qeyd edək ki, “Respublika Gənclər Debat Forumu: Yaz 2018” layihəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) birgə təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində keçirilib.

Esmira Hidayətova, Mingəçevir