Mingəçevirdə yol polisi növbəti reyd keçirib

0
101

Mingəçevir şəhər  Polis şöbəsinin DYP bölməsi növbəti dəfə piyadalara,  qayda pozan sürücülərə, kəmərdən istifadə etməyən məsuliyyətsiz sürücülərə qarşı proflaktiki  reyd keçirib. Qeyd edək ki, reyd piyada axınının intensiv olduğu yerlərdə təşkil olunub.

Reyd zamanı qayda pozan piyadalar çoxluq təşkil edib. Saxlanılan piyadalara MŞPŞ YPB- nin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov  onların bu hərəkətlərinin həm özlərinə, həm də sürücülərə təhlükə yaratdıqlarını bildirib.

 

Reyd zamanı xoşagəlməz hallar da yaşanıb. Belə ki, kəmərdən istifadə etməyən sürücülər polislə mübahisə ediblər.  MŞPŞ  DYP bölməsinin inzibati təcrübə üzrə baş inspektoru,  polis kapitanı Tahir Qarayev bildirib ki, reydin əsas məqsədi yol hərəkəti iştirakçıları olan piyadalar, nəqliyyat vasitələrinin sürücüləri ilə proflaktiki söhbətlər aparmaqdır:

“Reyd zamanı tərəfimizdən şəhərin müxtəlif yerlərində piyadalar saxlanılmış, onlara izah olunmuş ki, piyadalar üçün müəyyən olunmuş piyada keçidlərindən istifadə etsinlər. Yolun digər tərəfinə keçərkən işıqforun siqnallarına əməl etsinlər. Eyni zamanda tərəfimizdən Mingəçevir şəhərində 7-8 saylı xətt üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə görüş keçirilmiş və onlarla proflaktiki söhbətlər aparılmışdır. İzah olunmuşdur ki, sərnişindaşıma ilə məşğul olarkən qaydalara əməl etsinlər, normadan artıq sərnişin götürməsinlər, hərəkətdə olarkən dayanacaq olmayan yerlərdə saxlamasınlar. Qeyd edim ki, bu günkü reyd zamanı tərəfimizdən təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olamyan sürücülər və digər qayda pozan sürücülər tərəfimizdən inzibati  məsuliyyətə cəlb olunub. Bu kimi maarifləndirici  reydlərimiz davamlı olacaq.

Esmira Hidayətova, Mingəçevir