“Kəlbəcər Karan Faiyt” 11 medal qazanıb

0
162

Ümummilli lider HeydərƏliyevin anadan olmasının 95 illik yubileyi  münasibətilə təşkil olunan xatirə turniri müxtəlif yaş qruplarını əhatə edib. Alpaqut Turan idman döyüş növü üzrə keçirilən yarışda Mingəçevirdə fəaliyyət göstərən “Kəlbəcər  Karan Fayit” idman klubu 11 idmançı ilə təmsil olunub.  Uğurlu çıxışları ilə yadda qalan klubun idmançılarından  8-i 1-ci və 3-ü 2-ci yerə yiyələnib.

 

Gənc məşqçi Zaməddin Yolçuyevin verdiyi məlumata əsasən Nurlan Süleymanov, Seymur Baxışov, ElgünHüseynov, Ümid Ağakərimli, Qoca Kərimov, Araz Vəliyev, Hazar Şirinov və Elmir İsmayılzadə birinci, Rüfət Əsədov, RamalƏsədov və Hüseyin Quliyev isə turniri  2-ci pillədə başa vurub. Qeyd edək ki,  adıçəkilən idmançılar  2004-2009-cu il təvəllüdlü idmançılardır.

Ölkə paytaxtında keçirilmiş yarışın qalib və mükafatçıları xatirə hədiyyələri və diplomlarla mükafatlandırılıblar.

Esmira Hidayətova