Azərbaycan Xalq Cümhuriyyəti – xalqımızın tarixi nailiyyəti

0
83

Mingəçevir şəhər İcra Hakimiyyətinin və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubleyinə həsr olunmuş  elmi nəzəri konfrans keçirilib. Konfransı giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin birinci müavini İlham İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubleyi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamını konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin keçirilməsinə dair şəhər icra hakimiyyətinin  başçısı Niyazi Bayramov   tədbirlər planı təsdiq edilib. Plana uyğun olaraq şəhərdə 100 illiklə bağlı silsilə tədbirlər həyata keçirilib.

 

Konfransda universitetin alimləri cümhuriyyətə həsr olunmuş müxtəlif mövzularda geniş məruzə ilə çıxış ediblər. Universitetin pedoqoji fakultəsinin dekanı Nizami Zeynalov “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixi naliyyətidir”, Musayeva Cəmilə “Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi inkişafı”, Mingəçevir şəhər Qeydiyyat şöbəsinin rəisi Sevinc Hüseynova ”Azərbaycan Xalq Cümhuriyyəti və Ədliyyənin 100 illiyi”, universitetin humanitar fənlər kafedrasının baş müəllimi Yusifova Mətanət “İlk Azərbaycan parlamenti və Xalq Cümhuriyyətinin xarici və siyasət fəaliyyəti”, universitetin tələbəsi Kəmalə Hacıyeva “Azərbaycan Xalq Cünhuriyyətinin təhsil siyasəti” mövzularında çıxışlar ediblər.

Esmira Hidayətova, Mingəçevir