Su sayğacları mənzil daxilindən çıxarılır

0
49

2018-ci ildə 2 minə yaxın binanın su sayğacları mənzil daxilindən çıxarılacaq.

Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, Azərbaycanda su sayğaclarının mənzillərdən çıxarılması prosesi davam edir. Son illər aparılan işlər nəticəsində 3 mindən çox yaşayış binasında su sayğacları evlərin daxilindən çölə çıxarılıb. Hazırda daha 2000-ə yaxın binadakı sayğaclar binaların pilləkən qəfəslərinə çıxarılır.

A.Cəbrayıllı qeyd edib ki, daxili xətlər yenidən çəkilir və sayğaclar pilləkən qəfəslərində quraşdırılır. Bunun üçün 15 milyon manat vəsait ayrılıb.