“Qarabağ”ın 11-ci, “Qəbələ”nin 5-ci, “Neftçi”nin 16-cı medalı

0
54

Topaz Premyer Liqasında 2017/18 mövsümünün bütün mükafatçıları müəyyənləşib. “apasport”un məlumatına görə, “Qarabağ”ın qızıl, “Qəbələ”nin gümüş medal qazanmasının ardından “Neftçi” də adını “üçlüy”ə yazdırıb.

 

Ardıcıl 4 mövsüm mükafata həsrət qalan Bakı klubu bu dəfə bürünclə kifayətlənib. Bu, “ağ-qaralar”ın ümumilikdə 16-cı medalıdı. “Neftçi” həm ümumi medal sayında, həm də 6-ya çatdırılan bürünc mükafatların sayında özlərinə məxsus olan Azərbaycan rekordunu yeniləyib.

“Qarabağ” isə özünün 11-ci medalını əldə edib. “Qəbələ”də isə bu rəqəm 5-ə bərabərdi.

 

Qeyd edək ki, 1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixində 16 komanda medal qazanıb.

 

Bütün mükafatçılar

AZƏRBAYCAN ÇEMPİONATLARI

mövsüm çempion II yer III yer
1992 “Neftçi” “Xəzər” “Turan”
1993 “Qarabağ” “Xəzər” “Turan”
1993/94 “Turan” “Qarabağ” “Kəpəz”
1994/95 “Kəpəz” “Turan” “Neftçi”
1995/96 “Neftçi” “Xəzri” “Kəpəz”
1996/97 “Neftçi” “Qarabağ” “Xəzri”
1997/98 “Kəpəz” “Dinamo” “Şəmkir”
1998/99 “Kəpəz” “Şəmkir” “Neftçi”
1999/2000 “Şəmkir” “Kəpəz” “Neftçi”
2000/01 “Şəmkir” “Neftçi” “Viləş”
2001/02 Yarımçıq qalıb
2002/03 Keçirilməyib
2003/04 “Neftçi” “Şəmkir” “Qarabağ”
2004/05 “Neftçi” “Xəzər Lənkəran” “Karvan”
2005/06 “Bakı” “Karvan” “Neftçi”
2006/07 “Xəzər Lənkəran” “Neftçi” “Bakı”
2007/08 “İnter” “Olimpik” “Neftçi”
2008/09 “Bakı” “İnter” “Simurq”
 2009/10 “İnter” “Bakı” “Qarabağ”
2010/11 “Neftçi” “Xəzər Lənkəran” “Qarabağ”
2011/12 “Neftçi” “Xəzər Lənkəran” “İnter”
2012/13 “Neftçi” “Qarabağ” “İnter”
2013/14 “Qarabağ” “İnter” “Qəbələ”
2014/15 “Qarabağ” “İnter” “Qəbələ”
2015/16 “Qarabağ” “Zirə” “Qəbələ”
2016/17 “Qarabağ” “Qəbələ” “İnter”
2017/18 “Qarabağ” “Qəbələ” “Neftçi”

 

Mükafat qazanan bütün komandalar

 

I

II

III

Cəmi

Neftçi (Bakı)

8

2

6

16

Qarabağ (Ağdam)

6

2

3

11

Kəpəz (Gəncə)

3

1

2

6

İnter (Bakı)

2

3

3

8

Dinamo (Bakı)

2

2

1

5

Şəmkir

2

2

1

5

Xəzər Lənkəran

1

4

0

5

Turan (Tovuz)

1

1

2

4

Qəbələ

0

2

3

5

Xəzər (Sumqayıt)

0

2

0

2

Xəzri (Bakı)

0

1

1

2

Karvan (Yevlax)

0

1

1

2

Olimpik (Bakı)

0

1

0

1

Zirə (Bakı)

0

1

0

1

Simurg (Zaqatala)

0

0

1

1

Viləş (Masallı)

0

0

1

1