“Neftçi” Avropa Liqasına vəsiqə qazandı

0
84

Mayın 20-də Topaz Premyer Liqasının sonuncu turunda üç oyun keçirilib. Turun maraqla gözlənilən matçı “Kapital Arena” stadionunda baş tutub. “Sumqayit” “Zirə” klubunu qəbul edib. Oyunda hesabı meydan sahibləri açıb. Cavid İmamverdiyev fərqlənib – 1:0. Qoldan sonra hər iki komanda bir- birinin qapısı qarşısında hücumlar yaratsa da, birinci hissədə hesab dəyişilməyib. Fasilədən sonra hücuma atılan “Zirə” oyunun 68-ci dəqiqəsində hesabı bərabərləşdirib. Aleksandr Dedov adını tabloya yazdırıb – 1:1. Qarşılaşmanın əsas vaxtının əlavə olunmuş beşinci dəqiqəsində zirəlilər hesabda önə çıxıblar. Künc zərbəsindən sonra Sadio Taukara dəqiq baş zərbəsi ilə qələbə topunu vurub. Qalan dəqiqələrdə hesab dəyişilməyib. Beləliklə “Sumqayit” “Zirə” oyunu “Zirə” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər qarşılaşmada “Neftçi” “Kəpəz” komandasının qonağı olub. Həmin görüş Gəncə şəhər stadionunda keçirilib. Səfərdə “Kəpəz”in qonağı olan “flaqman” 1:2 hesabı ilə qələbə qazanıb. Oyunda hesab ikinci hissənin 63-cü dəqiqəsində açılıb. Ruslan İbişov fərqlənib – 0:1. Qoldan beş dəqiqə sonra meydan sahibləri hesabı bərabərləşdirməyə nail olublar. Şəhriyar Rəhimov qapıçının səhvini bağışlamayıb – 1:1. Matçın 79-ci dəqiqəsində paytaxt təmsilçisi Lukas Emanuel Qomesın sayəsində yenə də hesabda önə keçib – 1:2. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə görüş “Neftçi” klubunun səfərdə 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra “Neftçi” klubu UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.

Turun autsayderlərin görüşündə “Səbail” və “Keşlə” klubları üz-üzə qəliblər. “Səbail” klubu doğma meydanda “Bayıl Arena”da “Keşlə” klubunu qəbul edib. Oyunda qonaqlar 1:0 hesabı ilə minimal qələbə qazanıb. Oyunda yeganə qolun müəllifi 63-cü dəqiqədə Rafayel Məhərəmli olub.

Hazırda 62 xalı olan “Qarabağ” çempionluğu vaxtından əvvəl bayram edib. “Qəbələ” klubu 49 xalla ikinci, “Neftçi” isə 46 xalla üçüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq, “Zirə” (44), “Sumqayıt” (40), “Keşlə” (31), “Səbail” (23) və “Kəpəz” (14) klubları qərarlaşıblar.

Qeyd edək ki, tura mayın 21-də “Qəbələ” – “Qarabağ” oyunu ilə yekun vurulacaq. Bu qarşlaşmadan sonra mükafatlandırma mərasimi olacaq.

Topaz Premyer Liqası

XXVIII (sonuncu) tur

 

20 may (bazar)

“Səbail” – “Keşlə” – 0:1

Qol: Rəfael Məhərrəmli, 63
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Mübariz Haşımov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Murad Məmmədov
“Bayıl Arena”

 

“Səbail”: 1. Emil Balayev, 4. Rahil Məmmədov, 5. Kərim Diniyev, 11. Elman Taqayev, 13. Faruk Miya15. Nikoloz Apakidze, 17. Vüqar Nadirov, 18. Aqşin Qurbanlı, 20. Eltun Yaqublu (k), 23. Ayron Stati, 29. Yevgeni Koçuk
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 3. Tamazi Tsetsxladze, 6. Murad Ağayev, 7. Fəhmin Muradbəyli, 8. Aqşin Muxtaroğlu, 10. Nurlan Novruzov, 21. Murtuz Abakarov, 24. Ruslan Əmircanov, 26. Kamal Qurbanov, 88. Orxan Qurbanlı, 92. Vaxıt Orazsaxedov, 99. Jarjue Maudo
Məşqçi: Səttar Əliyev

 

“Keşlə”: 15. Orxan Sadıqlı2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov (k), 9. Pərdis Fərcad-Azad, 14. Andre Klennon, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 40. Nemanya Stoyanoviç, 90. Ebrima Sohna
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 19. Pablo Podio, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 24. Fuad Bayramov, 39. Əlibəy Məmmədli, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev
Baş məşqçi: Yuri Maksimov

“Kəpəz” – “Neftçi” – 1:2

Qırmızı vərəqə: Kirilo Petrov, 87 (“Neftçi”)

Qollar: Şəhriyar Rəhimov, 68 – Ruslan Abışov, 63, Lukas Qomez, 79
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elman Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə şəhər stadionu

 

“Kəpəz”: 22. Sergey Litovçenko, 13. Şəhriyar Rəhimov (k), 5. Tural Nərimanov, 4. Şəhriyar Əliyev, 18. Tural Cəlilov, 16. Quili Mandqaladze, 10. Tural Rzayev, 7. Roman Hüseynov, 20. Tərzin Cahangirov, 91. Dario Federiko, 21. Murad Səttarlı
Ehtiyat oyunçular: 1. Davud Kərimi, 9. İlkin Sadıqov, 2. Yusif Cəfərov, 48. Dieqo Souza, 96. Cavid Əsgərov, 66. Qaraxan Əliyev, 19. Emin Zamanov, 72. Şöhrət Quliyev, 17. Əli Səmədov, 16. Ayxan Səməmədov
Baş məşqçi: Yunis Hüseynov

 

“Neftçi”: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 11. İqnasio Errera, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev, 21. Məhəmməd Mirzəbəyov, 22. Mirabdulla Abbasov, 25. Kirilo Petrov, 93. Soni Mustivar

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 6. Rəşad Sadiqov, 9. Lukas Qomez, 12. Mayk Kampaz, 19. Fransisko Qarsiya, 77. Elvin Sərkərov

Baş məşqçi: Tərlan Əhmədov

 

“Sumqayıt” – “Zirə” – 1:2

Qollar: Cavid İmamverdiyev, 13 – Dedov, 69, Tounkara, 90+3
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Şahin Cəfərov
Sumqayıt şəhər stadionu

 

“Sumqayıt”: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 36. Süleyman Süleymanov, 6. Kamal Mirzəyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 17. Nicat Qurbanov, 32. Rəşad Eyubov, 70. Ülvi İsgəndərov, 77. Elnur Abdullayev
Baş məşqçi: Samir Abasov

 

“Zirə”: 1. Anar Nəzirov (k), 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 9. Aleksandr Dedov, 11. Viktor İqbekoyi, 14. Tellur Mütəllimov, 17. Vüsal İsgəndərli, 18. Yani Urdinov, 39. Sadiq Quliyev, 38. İlkin Muradov, 43. Riçard Qadze
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 7. Sadio Tounkara, 10. Orxan Əliyev, 16. İbrahim Aslanlı, 29. Comal Uilyams, 57. Kənan Zülfüqarov, 77. Mirsahib Abbasov, 87. Müşfiq İlyasov, 88. Elşən Abdullayev
Baş məşqçi: Ayxan Abbasov

 

 

1. Qarabağ 27 19 5 3 36:13 62
2. Qəbələ 27 14 7 6 43:25 49
3. Neftçi 28 14 4 10 39:28 46
4. Zirə 28 12 8 8 36:30 44
5. Sumqayıt 28 11 7 8 34:33 40
6. Keşlə 28 8 7 13 29:39 31
7. Səbail 28 6 5 17 19:39 23
8. Kəpəz 28 3 5 20 18:47 14

 

Bombardirlər: Baqali Dabo (“Qəbələ”) – 13 qol; Amil Yunanov (“Sumqayıt”) – 10 qol; Stiven Monroz (“Qəbələ”) – 9 qol.