Kubada qəzaya uğrayan təyyarənin göyərtəsində 104 nəfər olub

0
43

Kubada Cubana de Aviacion aviakompaniyasına məxsus Boeing-737 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində üç nəfər sağ qalıb. Ağır vəziyyətdə olan həmin sərnişinlər xəstəxanaya yerləşdiriliblər. Təyyarənin göyərtəsində 104 sərnişinin olduğu bildirilir.

Qeyd edək ki, təyyarə Havana aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb.