Avropa Liqasının qalibi “Atletiko” olub

0
58

Avropa Liqasında final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin qalibi Fransada müəyyənləşib. Lion şəhərində baş tutan həlledici görüşdə Fransa “Marsel”i ilə İspaniya “Atletiko”su üz-üzə gəlib.

Stadiondan 68 min nəfərin izlədiyi final oyunu “Atletiko Madrid”in 3:0 hesablı qələbəsi ilə başa çatıb və kuboka sahib olub.

Qeyd edək ki, daha əvvəl Madrid təmsilçisi 2010-cu və 2012-ci illərdə Avroliqanın baş mükafatını əldə edib. “Marsel” üzərində qələbə sayəsində isə “Atletiko” 2018-2019 mövsümündə də Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququna yiyələnib.

 

 

UEFA Avropa Liqası

Final

 

16 may

“Marsel” (Fransa) – “Atletiko” (İspaniya) – 0:3

Qollar: Qrizman, 21, 49, Qabi, 89

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Lion, “Park Olimpik Lion”

 

“Atletiko”: Yan Oblak, Dieqo Qodin, Koke, Antuan Qrizmann, Saul Nigyez, Anhel Korrea, Qabi (k), Vrsaljko, Dieqo Kosta, Lukas, Ximenes
Ehtiyat oyunçular: Verner, Felipe Luis, Tomas Partey, Fernando Torres, Saviç, Xuanfran, Qameyro

“Marsel”: Mandanda, Okampos, Sanson, Dmitri Payet (k), Sarr, Amavi, Luis Qustavo, Rami, Toven, Jermen, Angissa
Ehtiyat oyunçular: Pele, Sakai, Kamara, Rolando, Mitroqlu, Njye, Lopes