Uzunömürlülük xəritəsi tərtib edilib

0
13

Azərbaycanda ilk dəfə olaraq ölkənin uzunömürlülük xəritəsi tərtib edilib. Milli Elmlər Akademiyası Fiziologiya institutundan bildirilib ki,  Azərbaycanın bəzi bölgələrində uzunömürlülülk indeksi çox yüksəkdir. “Elə bölgələr var ki, orada uzunömürlülük indeksi ilə bağlı rekord göstəricilər qeydə alınır. Şuşa, Xocavənd, Xankəndi, Qazax, Tovuz rayonları üzrə sakinlərin uzunömürlülüyü ilə bağlı göstəricilər yüksəkdir.Yaxın gələcəkdə o rayonlar üzrə,eləcə də Naxçıvan Muxtar Respublikasında tədqiqatlar aparmaq planlaşdırılır.Bu il uzunömürlülərlə bağlı İsmayıllı rayonunda tədqiqatlar aparılacaq”. Hazırda Azərbaycanda 90 yaşından yuxarı olan təxminən 10000 nəfər uzunömürlünün olduğunu deyən fiziologiya institutunun rəhbəri  Ulduz Həşimova bildirib ki, uzunömürlülər tədqiq olunarkən əvvəlcə, onların yaş verifikasiyası aparılır. Tədqiqatlar zamanı uzunömürlülər, onların ailə üzvləri, eləcə də uzunömürlülük qeydə alınmayan ailələrin üzvləri tədqiqat qrupuna cəlb edilir və onlar üzərində eyni tibbi-bioloji müayinələr aparılır. Bu müayinələrin aparılmasında həkimlər, bioloqlar, psixoloqlar və s. iştirak edir. Qeyd edək ki,Azərbaycanda uzunömürlülüyün elmi tədqiqinə 80-ci illərin ortalarından başlanılıb və bu tədqiqatlar Azərbaycanın müxtəlif bölgələrində aparılıbatv.az