“Allaha  doğru: Şeytanın zəlil olduğu gün” təqdim olunub

0
121

Professor Əyyub Əyyubovun “Allaha  doğru: Şeytanın zəlil olduğu gün” kitabının təqdimat mərasimi keçirilib

Mingəçevir Turizm Kollecində  təşkil olunan tədbirdə şəhər İcra Hakimiyəti rəsmisi, çox sayda  ziyalıla, şəhər qurcular, media nümayəndələri və təhsil müəssisəsinin əməkdaşları iştirak edib. “Allaha  doğru: Şeytanın zəlil olduğu gün” kitabı ilə oxucularına növbəti yaradıcı hədiyyəsini ərmağan edən müəllif – Mingəçevir Turizm Kollecinin direktoru  iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  təqdimat öncəsi dəvətli qonaqlarla səmimi söhbət apararaq onlara kitab və yeni kitabın təqdimat mərasimi ilə bağlıətraflı məlumat verib. Ardınca tədbir iştirakçıları müəllifin  indiyədək işıq üzü görmüş 40-a yaxın kitabının, həmçinin çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli təltiflərinin yer aldığı sərgiyə baxış keçirib. Bundan sonra iştirakçılar təqdimat mərasimində, müzakirə masası arxasında bir araya gəlib.

“Allaha doğru: Şeytanın zəlil olduğu gün” kitabı və onun  müəllifi olan dəyərli elm adamı  professor Əyyub Əyyubov haqqında mərasim iştirakçılarına əhatəli məlumat verən Azərbaycan Yazıçılar Birliyi Mingəçevir şöbəsinin sədri İsmayıl İmanzadə ən xoş istəklərini paylaşıb. İsmayı İmanzadə Əyyub Əyyubovu uzaq keçmişdən hər kəsə məlum olan səyyah tarixçilərlə müqayisə edərək bu gün gördüyü işlərin uzun müddətdə bəşəri dəyərlərə xidmət edəcəyini vurğulayb. O, müəllifin bundan öncəki  elmi axtarışları və yaradıcı təfəkkürünün məhsulu olan kitablar barədə danışaraq “Müqəddəs Məşhəd yollarnda” və ”Məşhəddən Kərbəlaya” kitablarnın  davamı olaraq qələmə alnan “Allaha  doğru: Şeytanın zəlil olduğu gün” əsərini  müəllifin yeni yardıcılıq zirvəsi kimi dəyərləndirib. Kitabda tarixi, dini məlumatların, mədəni dəyərlərə, turizm ənənələrinə dair diqqət çəkən qiymətli materialların yer aldığını bildirib. Bu səbəbdən də İsmayıl İmanzadə nəfis şəkildə işıq üzü görmüş kitabı dəyərli elmi mənbə, dərslik və ziyarət turizmi həvəskarları üçün stolüstü kitab adlandırıb. Eyni zamanda kitabın ərsəyə gəlməsində əməyi olan bütün şəxsləri təbrik edərək,yeni uğurlar arzulayıb.

Bundan sonra “Azərbaycan işıqları” qəzetinin aparıcı mütəxəssisi və kitabın redaktoru Yusif Ələkbərov, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının  ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru Sahib Əliyev, iqtisad elmləri namizədi, dosent İbrahim Əyyubov, “Mingəçevir” qəzetinin  baş redaktoru Mirsədi Daşdəmirov, kollec direktorunun müavinləri – Çinarə Allahverdiyeva, ŞahzadəŞükürova, Aynurə Abbasova   və kollecin  Bədii Yaradıcılıq Mərkəzinin məsləhətçisi  Əşrəf Əsgərov  geniş məruzələrlə çıxış edib.

“Allaha  doğru: Şeytanın zəlil olduğu gün” kitabı haqqında elmi mülahizələr”, “Təqdim olunan kitab haqqında”, “Professor Əyyub Əyyubov müqədddəs ocağın nurlu təmsilçisidir”, “Allaha  doğru :Şeytanın zəlil olduğu gün” kitabı turizmin inkişafı ilə bağlı layiqli bir tədris vəsaitidir”, “Müqəddəs bir ocaqdan şölələnən dəyərli bir kitab haqqında fikrim”  və digər mövzularda səslənən çıxışlar iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.

Çıxışlarda müəllifin müqqəddəs torpaqlara Həcc ziyarəti zamanı aldığı zəngin təəssüratlar, islam hümmətinin dillinin əzbəri olan tarixi simaların şərəfli ömür yolu, ayaq basdığı və uyuduğu nurlu məkanlar, müqəddəslərin ibratəmiz davranışları, Asiya qitəsində yerləşən Sədui Ərəbistan haqqnda tarixi, coğrafi, statistik məlumatlarınvə digər məsələlər barədə zəngin,məzmunlu vəçox dəyərli informasiyalarn  yer aldığı diqqətə çatdırılıb. Qeyd olunub ki,  kitab həm dərs vəsaiti,həm turizm bələdçisi, həm də arzu edənlər üçün sənədli elmi əsər kimi istifadə oluna bilər.

Təbrik və çıxışlar bunlarla da bitməyib. Filologia elmlər namizədi Namaz Manafov, müəllifin ziyarət yoldaşı və dostu Hacı Calal, Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, kollecin Tədris şöbəsinin müdiri Qəhrəman Kərimov, şəhər veteranları və digər dəvətli qonaqlar arzu və düşüncələrini paylaşaraq xoş xatirələrini danşıb.

Daha sonra kollecin tələbə öz fəaliyyət qrupu fəalları maraqlı musiqili bədii kompozisiya ilə çıxış edib.

Təqdimat mərasiminə yekun vuran  müəllif-professor Əyyub Əyyubov  tədbirdə fəal iştiraka, özü və kitabı haqqında söylənən ən xoş ifadələrə görə hər kəsə səmimi təşəkkürlərini çatdırıb. Belə bir ziyalı-oxucu münasibətinin  ona yeni yaradıcılıq ilhamı və enrjisi verdiyini  deyib. Eyni zamanda Əyyub Əyyubov  həcc ziyarəti zamanı qarşılaşdığı maraqlı anlar, belə bir kitabın yazılması səbəbi, kitaba daxil edilmiş rəsmi mənbələr, kitabın ad tarixçəsi və digər məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Esmira Hidayətova, Mingəçevir